8/10
·141 syf.··
2025 36. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Eylül 2025 22:58
Bu kitaba təhlil yazmasam, olmazdı. Kitab maraqlı və fərqli mövzusu ilə diqqətimi çəkdi. Müəllif günümüzün dəhşətli reallığını qara yumorla təqdim edir. Mənə George Orwell kitablarını xatırlatdı. Həyata qarşı ümidini itirənlər mağazaya yaxınlaşaraq, intiharlarını asanlaşdıracaq vasitələr əldə edirlər. Özünü asaraq öldürmək istəyənlər üçün ölçüyə uyğun iplər, daha asan ölüm istəyənlər üçün müxtəlif qarışıqlı zəhərlər və s. Mağazanı işlədən Tuvache ailəsi, mağazada elə bir abu-hava yaradırlar ki, müştərilərin fikirlərini dəyişəcək ən kiçik detal belə, onlar üçün qəbuledilməzdir. Hətta, bunun üçün öz övladlarına belə həyata qarşı nifrət duyğusunu aşılayırlar. Ancaq bir gün mağazada gülən bir uşaq onların bütün planlarını alt-üst edir. Bu, Tuvache ailəsinin ən kiçiyi olan Alan'dır. Böyük bir fəlakətin başlanğıcı! Kitabda bəzi incə məqamlar diqqətimi çəkdi. Məsələn, mağazanın yerləşdiyi küçənin (tərcüməsini bilmədim, türkçə "site") adının "Unudulmuş Dinlər" olması... Mağazanın əvvəllər məscid və ya kilsə kimi istifadədə olması və dini ayinlər keçirilən yerdə indi Tuvache ailəsi tərəfindən zəhərlərin hazırlanması... Tuvache ailəsinin hər səhər xəbərlərə baxaraq, dünyada baş verən neqativ hadisələrlə beyinlərini doldurmaları... Uşaqlarına müxtəlif dövrlərdə intihar etmiş görkəmli şəxslərin adının verilməsi (Vincent Tuvache (Vincent Van Gogh), Marilyn Tuvache (Marilyn Monroe), Alan Tuvache (Alan Turing)... Ailəyə bir möcüzə olaraq doğulmuş Alan'ın, öz optimistliyi ilə bütün ailənin həyatını dəyişməsi və s. "Həyatda uğurlu ola bilmədiniz? Bizə gəlin, ölümünüz uğurlu olacaq!" - şüarı ilə fəaliyyət göstərən mağazaya gələn müştərilərin intihar etmələri üçün özlərinə görə haqlı səbəbləri var... Biri deyir, yoldaşımın xəyanətini öyrənmişəm, biri deyir xəstəyəm, ölümümü tezləşdirirəm, digəri deyir, çirkinəm, heç kəs sevmir məni... Sonuncu səbəbi deyən müştəriyə Alan'ın gözəl cavabı var idi: "Sən gərək, birinci özünü sevə biləsən ki, başqaları da səni sevə bilsin.." Qısa həcmli, axıcı, gözəl kitabdır. Maraqlı və qeyri-adi mövzu axtarışındasınızsa, bu kitabı oxumalısınız.
İntihar DükkânıJean Teule · Sel Yayıncılık · 202417,7bin okunma
·
150 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.