9/10
·164 syf.··
Beğendi
·
2025 22. kitabı
·
6 günde okudu
·
Okunma: 15 Eylül 2025 21:11
Sabahattin Alinin “Kürk Mantolu Madonna” əsəri insanın daxili dünyasına enən, onun görünən və görünməyən tərəflərini göstərən bir əsərdir. Əsərin əsas fikri odur ki, insanı yalnız zahiri görünüşünə görə tanımaq olmaz. Biz çox vaxt insanları üzlərinə, davranışlarına və mövqelərinə görə qiymətləndiririk. Amma hər bir insanın daxilində kəşf olunmamış bir dünya, gizli hisslər və sirlər var.Raif bəy obrazı da bunu aydın şəkildə göstərir. İlk baxışda passiv, sakit, heç bir iddiası olmayan bir insan kimi görünən Raif bəy, əslində dərin hisslərə, zəngin bir daxili aləmə sahibdir. Əslində Raif bəy də Marianın şəkildə gördüyü qədərinə,yəni xarici görünüşünə vurulmuşdu.Sabahattin Ali bu əsərdə təkcə bir sevgi hekayəsi danışmır. O, insanın daxili və xarici dünyası arasındakı fərqi, cəmiyyətin stereotiplərinin insan həyatına təsirini göstərir. Əsər həm də insanın tanınmaq və anlaşılmaq istəyini vurğulayır. Raif bəyin ən böyük faciəsi də bu idi.O, həyatını başqalarının onu anlamamasının kölgəsində keçirir.Əsəri oxuduqca insan düşünür. Biz əslində insanları nə qədər tanıyırıq? Onların iç dünyasını görmədən verdiyimiz hökmlər bizi necə yanıltır? Kürk Mantolu Madonna Sabahattin Ali
1000Kitap
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,7bin okunma
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.