·99 syf.··Beğendi
···Okunma: 17 Eylül 2025 13:26 Əmin Abid Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun “Buzlu Cəhənnəm” adlı şeirlər kitabı mühacirət dövrü poeziyasının ən diqqətəlayiq nümunələrindəndir. Bu şeirlərdə şairin Vətən sevgisi, qürbət nisgili və azadlıq həsrəti dərin duyğularla ifadə olunmuşdur. Rusiyanın Azərbaycanı işğalı və həmvətənlərinin sürgün həyatı Əmin Abidin poetik dünyasında ağır izlər buraxmış, “buzlu cəhənnəm” ifdəsi milli ağrının simvoluna çevrilmişdir.
Şairin şeirlərində duyulan həsrət, ağrı oxucunu dərindən sarsıdır. Mənə görə, xüsusilə, “Anneme” (İstanbul məktubu) və “Qürbət məktubu” şeirləri bu həsrətin ən dərin, təsirli nümunələridir. Burada şair qürbət ağrısını ana həsrəti ilə birləşdirir:
Bilirsin ki anne, uzakta kaldım
Yıllar aramızda oldu bir yığın
Bir yapraktım, düştüm toprakta kaldım.
Nerdedir, nerde o müşfik kucağın?
Dertlerim çok büyük, ağırdır anne!
Dinleyen yok, her şey sağırdır anne!
***
Könül aldatdı məni,
Qürbətə atdı məni.
Annə, yazdığın sözlər
Xeyli ağlatdı məni.
Nə bir sığınacaq yer,
Nə naz çəkən dilbər var.
Söyləsəm çox ağlarsan,
Bu könüldə nələr var.
Annə, sən gözlə məni,
Gözlə dört gözlə məni.
Könlüm yazıqdır şimdi,
Üzmə bir sözlə məni...
Əmin Abid mühacirət ədəbiyyatında həm fərdi ağrını, həm də ümummilli dərdi ustalıqla birləşdirərək Azərbaycan ədəbiyyatında silinməz iz qoymuşdur.