Buzlu Cehennem

Emin Abid
Tahmini Okuma Süresi:
2 sa. 48 dk.
Sayfa Sayısı:
99
Basım Tarihi:
1999
Yayınevi:
Azerbaycan Kültür Evi Yayınları
ISBN:
9786056603358
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak
Sıralamalar

Yorumlar ve İncelemeler

Gültekin
9/10
·99 syf.·
2019 12. kitabı
Azerbaycan'ın bağımsızlık destanının dizelerde can bulmuş hali... Şair Gültekin, bağımsızlık özlemiyle tutuşan Azerbaycan'ın ayaklarına prangalar vuran Rus emperyalizmine karşı direniş destanını yazmış. Sürgün yeri Sibirya adeta buzlu bir cehennem ama Azerbaycanlıların yüreklerindeki bağımsızlık ateşi dağları eritmeye kadir. Gültekin'in ateşli dizeleri yangın yerine dönen yüreğinin feryatları şeklinde akislerini tüm Türk dünyasına duyuruyor. Genç yaşta kurşuna dizilip şehit olan Gültekin'den kalan şiirlerini okuyarak aziz hatırasını yad etmekten zevk aldım.
Şiir
Buzlu CehennemEmin Abid · Azerbaycan Kültür Evi Yayınları · 199918 okunma
8/10
·99 syf.··
Beğendi
·
2025 176. kitabı
·
7 saatte okudu
·
Okunma: 17 Eylül 2025 13:26
Əmin Abid Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun “Buzlu Cəhənnəm” adlı şeirlər kitabı mühacirət dövrü poeziyasının ən diqqətəlayiq nümunələrindəndir. Bu şeirlərdə şairin Vətən sevgisi, qürbət nisgili və azadlıq həsrəti dərin duyğularla ifadə olunmuşdur. Rusiyanın Azərbaycanı işğalı və həmvətənlərinin sürgün həyatı Əmin Abidin poetik dünyasında ağır izlər buraxmış, “buzlu cəhənnəm” ifdəsi milli ağrının simvoluna çevrilmişdir. Şairin şeirlərində duyulan həsrət, ağrı oxucunu dərindən sarsıdır. Mənə görə, xüsusilə, “Anneme” (İstanbul məktubu) və “Qürbət məktubu” şeirləri bu həsrətin ən dərin, təsirli nümunələridir. Burada şair qürbət ağrısını ana həsrəti ilə birləşdirir: Bilirsin ki anne, uzakta kaldım Yıllar aramızda oldu bir yığın Bir yapraktım, düştüm toprakta kaldım. Nerdedir, nerde o müşfik kucağın? Dertlerim çok büyük, ağırdır anne! Dinleyen yok, her şey sağırdır anne! *** Könül aldatdı məni, Qürbətə atdı məni. Annə, yazdığın sözlər Xeyli ağlatdı məni. Nə bir sığınacaq yer, Nə naz çəkən dilbər var. Söyləsəm çox ağlarsan, Bu könüldə nələr var. Annə, sən gözlə məni, Gözlə dört gözlə məni. Könlüm yazıqdır şimdi, Üzmə bir sözlə məni... Əmin Abid mühacirət ədəbiyyatında həm fərdi ağrını, həm də ümummilli dərdi ustalıqla birləşdirərək Azərbaycan ədəbiyyatında silinməz iz qoymuşdur.
Edebiyat
Buzlu CehennemEmin Abid · Azerbaycan Kültür Evi Yayınları · 199918 okunma
Reklam

Yazar Hakkında

Emin AbidYazar · 1 kitap
Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inam güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928). "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.