Emin Abid

Buzlu Cehennem yazarı
Yazar
9.0/10
4 Kişi
18
Okunma
6
Beğeni
1.324
Görüntülenme

Hakkında

Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inam güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928). "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Tam adı:
Emin Abid Gültekin
Doğum:
Bakı, 1898
Ölüm:
1937

Okurlar

6 okur beğendi.
18 okur okudu.
8 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Her şeye baş eğen değildim anne! Sevginin önünde eğildim anne!
Edebiyat
Geldim bağrım açık, Ey ufuk, gecenle gel karşıma çık. Sedeften bir kadeh olan ayından Bana sun bir acı, bana sun bir kan; Göz yaşım yetmiyor, yanıyor bu can Ey gece, bir kara sel ol da boşan! İstemem bir başka el uzanmasın, Ben bu akşam keder, dert arıyorum. Yıldızlar kararsın, mumlar yanmasın Gök karşımda olsun derin uçurum...
Reklam
Reklam