Gönderi

Puan vermedi·144 syf.··
2025 19. kitabı
Bismillah. Danabaş Kəndinin Əhvalatları Celil Memmedguluzade SPOİLER (ÜRƏYİM ÇOX DOLUDUR) Demək... Əsəri oxuya oxuya içimdə bir qəzəb burulğanı baş qaldırdı ki,gəl görəsən. Ağlamaq hissi və qəzəb qarışıb bir-birinə, heç biri də gün üzünə çıxmır,vurur içimə. İlahi, zalımın zülmü ancaq vədolunmuş gələndə bitəcək... Başqa yolu yoxdur,zaman dövran dəyişib,ancaq günümüzdə də Xudayar bəy kimilər bitmir. Bu harınlamış,qeyrət yoxsulları sadəcə öz cildini dəyişib,mənliyini yox. Hələ də öz yuxarıdakı "day-day"ına arxalanan xarakterlər azalmayıb,əksinə çoxalıb. Adamı ən çox yandıran isə bu məxluq bu qədər qələt edir,sonra gedib dəstəmaz alıb namaz qılır. Adam yanmasın,neyləsin? Ay sənə qıldığın namaz qənim olsun,bu namaz sənə deyib ki, başqasının namusuna göz dik,ya özündən 30-40 yaş balaca qızla evlən,ya da camaatın sərvətini talan edib haqqına gir,və yaxud da saxta işlər görüb rüşvət ver? Məhəmmədhəsən əmi... Günümüzdə də olan o saflığını,təmizliyini qorumuş kişilərdəndir ki,bəzən saflıqları onların başına iş açır, haqqını tələb eləməyə imkan vermir. Bu kişinin ağlaya ağlaya Hz. Abbasa məktub verməsi səhnəsindən gözlərim doldu,boşaldı. Necə də ağır səhnə idi. Yazıq kişinin bir Kərbəla arzusu var idi,ona da imkan vermədilər. Zeynəb... Yazıq,cahil deyə bilməyəcəyim qədər ağıllı,mərd, cəsur, ancaq güclü deyə bilməyəcəyim qədər də hüququ əlindən alınmış və tənha qadın idi. Zeynəb haram çörək də yedirməmişdi ki,onun oğlu belə bişərəf oldu,onun həyatında belə axmaq övlad oldu. Əgər oğlu bu qədər axmaq,zavallı və bişərəf olmasaydı,heç Zeynəb Xudayar bəylə evlənməli olmayacaqdı,heç onun tələsinə də düşməyəcəkdi. Burada qadın hüquqsuzluğuna zəmin yaradan,mənə görə,o vəfasız, düşüncəsiz övlad oldu.İnsanın hüququ olmasa belə,bir dayağı,bir güvənəcəyi adamı olar,Zeynəbdə o da yox idi. Bütün günahlar yıxılmalıdır Vəliqulunun boynuna... Mən bu əsərdə bir şeyi daha dəqiq anladım ki,dinimiz bizim cahilliyimizin,cahil insanlarımızın qurbanı olub. Mənim islamım necə sülhpərvər, qadının hüququnu qoruyan,insanpərvər bir dindir,ancaq insanlar necə onu öz murdar əməlləri üçün oyuncaq eləyiblər. Bu əsərdə özlərinin elədikləri günahları kiçik görüb,insanların elədikləri günahları isə şişirdən bu camaat öz bəd əməllərinin qurbanı olmadılar,bu əməllərinə insanları qurban elədilər... Qeyd:Kim atlıya Kərbəla üçün məktub verirdisə, hamısı hz Abbasa yazılmışdı... Həqiqətən, Azərbaycanlıların Hz.Abbasa ola bağlılığı bir başqadır... Qeyrətinə qurban, Əbəlfəzl.
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019906 okunma
·
60 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.