Puan vermedi·96 syf.····Okunma: 28 Eylül 2025 09:19 Kaş, hamı İskəndər kimi kefli olaydı.......ayıq gəzib kefli düşünməyəydi.....
.
Cəlil Məmmədquluzadənin Ölülər əsərinin qəhrəmanı; kefli olan ,lakin ayıq gəzən , hər kəs tərəfindən araq butulkası ilə olan "dostluğuna "görə xor görülən bir obraz idi , İskəndər.
.
Niyə içməsin ki!
.
Ölü dirildirəm deyib insanları dolayan Şeyx Nəsrullahın hər gecə 9 yaşlı uşaqlarla gördüyü "savab" işlərin ağırlığına, "Hacı, Kerbalayı ,şeyx" ləqəblərini götürən, dini inancları yüksək olub, lakin dinlə əlaqəsi olmayan cəhalət yığınının din adı altında etdikləri ağılsızlıqlara necə ayıq olub dözə bilərdi ?!
.
Tez oxuyub bitirmək istədim.. Uşaqikən ədəbiyyat dərsində rast gəldiyim bu əsəri bugün birdən oxumaq qərarına gəldim. Təhlilə tələsirdim..... Yaxşı ki , indi ,həyatı dərk etdiyim vaxtda oxudum...
.
Oxuyub "havalandığım" bəzi məqamlar var ki, İskəndərin o həyatın içində olub ayıq qalması lap absurd olardı...
.
Təhlilim bu qədər. Oxuyacaq olanlara xoş mütaliələr....