" Qışın sükutu ilə qadının sükutu arasında qəribə bir oxşarlıq vardı- ikisidə danışmadan çox şey deyirdi".
Qarlar ölkəsi romanının əsas məzmunu insanın ruhi tənhalığı, insanlar arasındakı münasibətlərlə təbiət arasındakı qarşılıqlı əlaqədir. Əsər Yaponiyanın şimal bölgəsindəki qarla örtülü dağ kəndinə gələn şəhərli kişi ilə ( Şimamura) burada yaşayan gənc geyşa ( Komako) arasındakı sevgi münasibəti təsvir olunmuşdur.
Romanı simvolika baxımında Qumluqdakı Qadın əsəri ilə bənzətdim. Əgər Qumluqdakı Qadın əsərində qum hər şeyi özünə çəkib bir sözlə " udurdusa" bu əsərdə qar daxili tənhalığı, soyuqluğu bildirirdi. Şimamura və Komako arasındakı sevgi nə qədər isti olsa da, ətrafdakı soyuq qar onların münasibətinin davam edə bilməyəcəyini bizə göstərir. Eyni zamanda qar saflıq və təmizliyə də bir nişanə idi, sanki Komakonun sevgisinin ruhunun və saf sevgisinin təmsilçisi idi.
Qar simvolu ilə müəllif oxucuya insan həyatının soyuq, sükutlu və faniliyə məhkum tərəflərini hiss etdirir.
Karlar ÜlkesiYasunari Kawabata · Can Yayınları · 2022722 okunma
·
27 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.