10/10
·384 syf.··
Beğendi
·
2025 30. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Ekim 2025 18:00
Rövşen Abdullaoğlu Güclü psixoloji təsirli kitab idi. Rövşən Abdullaoğlunun öncədən oxuduğum 2 kitabından(Relslər üzərində uzanmış adam və Bu şəhərdə kimsə yoxdu) fərqli idi. Çox xırda nüanslara belə diqqət olunub. Kitabın üzərində 16+ xəbərdarlığı var idi, məncə də 16 yaşdan aşağı şəxslər oxumasın, çünki psixoloji cəhətdən həssas hissələr çox idi, məxsusən axıra yaxın. Çox bəyəndim. O qədər xırdalıqlar, məxsusən tarixi, coğrafi və psixoloji faktlar dəqiqliyi ilə yazılıb ki, oxuduqca çox təəccüb edirdim ki, yəni bir insan necə də istedadlı, yaradıcı və möhtəşəm qələm gücünə sahib ola bilər. Kitabı oxumaq üçün açanda bir də görürdüm ki 30-40 səhifəni oxuyub keçmişəm))) Spoiler vermək istəmirəm, amma həqiqətən çox fərqli kitab idi Bir az da obrazlar haqqında yazım(kimsə öncədən obrazları tanımaq istəmirsə, oxumamağı yaxşı olar): Şonun xarakteri o qədər xoşuma gəldi kii: zarafatları, sözləri, atmacaları, cəsarəti və s. çox fərqli və əla bir obraz idi Amma Erin məni o qədər də özünə cəlb etmədi, bəlkə də arada dikbaşlıq və çoxbilmişlik edirdi (dikbaş qadınlardan heç xoşum gəlmir yəqin ona görə) Rey tamam ayrı bir təsir qoydu məndə, kitabda mənə ənnn çoox təsir edən hissələr Reyin başına gələnlər oldu, oxuduqca həqiqətən həm sarsılır, həm kədərlənir, yeri gələndə bəzən də qorxu hissi keçirirdim. Bir sözlər DƏHŞƏTLİ bir əsərdir! Qısası 16+ hər kəsə çox tövsiyə edirəm.
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma
·
42 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.