Gönderi

10/10
·72 syf.··
Beğendi
·
2025 14. kitabı
Bir insanın dəli olduğunu sübut edən nədir? Onun digər insanlardan fərqli davranması, paranoyaya qapılması mı? Bəs dəlixanalar nə üçün var? Ruhi xəstələrin şəfa tapması üçünmü? Axı dəlixanalardakı vəziyyət o qədər bərbad və acınacaqlıdır ki, oraya düşən ağıllı insan da bir müddət sonra dəli olar. Bəs buna niyə müdaxilə etmirlər? Çünki bu vəziyyətdən şikayət eləyə biləcək potensial insanların hamısı “dəlilərdir”. Bir dəlini kim ciddiyə alar, bir dəliyə kim inanar ki?! Kitabda, ruhi xəstə sayılan, oxumuş adam olan İvan Dmitriç doktor Andrey Yefimıçə daim dəlixanadakı bu özbaşına vəziyyətdən şikayət etməkdədir. Bu palatada məruz qaldıqları ədalətsizliklər, bərbad yaşayış tərzləri, bir dəlini müalicə etməkdən çox, ölənə qədər normal insanlardan təcrid etmək məqsədi daşımaqdadır. Bəs bu ruhi xəstələrin vəziyyəti? Hansısa xəstəlikdən, paranoyadan əziyyət çəksələr də, nəticə etibarilə onlar da bir insandır, və insan kimi davranılmağa layiqdirlər. Amma hətta müasir palatalar üçün belə bu aktual deyil. Ruhi xəstələrə xəstəxanalarda heyvan kimi rəftar edilir, onlar təhqirə məruz qalır, döyülür, söyülür, alçaldılırlar. Amma niyə? Ümumiyyətlə sağlam insanla dəli arasındakı fərq nədir? Ya da dəli adlandırılıb xəstəxanaya göndərilən xəstələrin diaqnozu nə dərəcədə düzgün və dəqiq qoyulur? Ruhi xəstəxanalarda xəstələrlə düzgün rəftar edilirmi, müalicələri üçün əllərindən gələni edirmi həkimlər? Xəstənin müalicəsinin düzgün getdiyinə və vəziyyətinin yüngülləşdiyinə düzgün nəzarət olunurmu? Fikrimcə, Rosenhan eksperimenti bu haqda öz sözünü yetərincə deyir, bu yalnızca bir roman mövzusu deyil, kimsənin diqqətə almadığı aktual bir problemdir.. Və günümüzə qədər də, təəssüflər olsun ki, hələ də aktuallığını qoruyub saxlayır.. Doktor Andrey Yefimıç xəstəsinin bütün şikayət və etirazlarına etinasızlıqla yanaşaraq, onun xəstəxana içində də xoşbəxt ola biləcəyini, önəmli olanın məkan deyil, zehnində xoşbəxt olmağı bacarmaq olduğunu vurğulayır. “İnsanın huzuru ve memnuniyyeti dışarıda değil, içindedir” deyə ifadə eləyir doktor fikirini. Və bu palataların onların sağalması üçün önəmli olduğunu vurğulamaqda israr edir. Lakin bir müddət sonra, cəmiyyət tərəfindən “dəli” damğası vurulan doktor özü də bu palataya düşür. Nəticə etibarilə burada olan həyat tərzini təcrübə etməyə fürsət tapır. “Mənim evim ilə bu palata arasında heç bir fərq yoxdur, önəmli olan zehnimin içidir” deyən doktor bir anda ən bəsit insan haqlarından məhrum buraxıldığının fərqinə varanda, haqsız yerə şiddətə məruz qaldığını gördükdə, nə qədər yalnış fəlsəfə ilə düşündüyünün fərqinə varır, bircə gün dözə bilmədiyi bu palatada digərlərinin illərcə yaşadığını düşündükcə dəhşətə gəlir. Doktor şanslı idi ki, palataya yatırıldığı günün ertəsi iflic olaraq öldü. Ancaq buradakı digər xəstələr ömürlərinin sonuna qədər bu acınacaqlı şəraitdə yaşamağa məhkum idilər… Əsəri, həqiqətən, çox bəyəndim. Bu qısaca əsərin içinə bu qədər fəlsəfəni, dərinliyi yığmaq sadəcə təqdirəlayiqdir. Oxuyun, oxutdurun! Altıncı Koğuş Anton Çehov
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,2bin okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.