Salamm,bu gün Elhan Elatlı qələmindən oxuduğum kitabla burdayamm.Yazarın demək olar ki,çox kitabını oxumuşam və Susan Qadın dan sonra ürəyimə təsir edən ikinci kitab Psixiatr Xanım oldu.Gözləntim çox aşağı idi,hətta deyə bilərəm ki,sırf bekarçılığdan oxumuşdum amma məni yanıltdı.
Mövzusu:
Şirkət sahibi Rüfət Kamranlı,kənardan çox peşəkar,səviyyəli,ailəli,imkanlı,çox xoşbəxt görünür.Amma əslində heç nə bu qədər normal deyil.Çünki Rüfət daima həyat yoldaşına xəyanət edir,hətta “kişilərin” xəyanətinə çox normal baxır və qəti özündə günah görmür.Gözəl qadın görəndə anında aşiq olur soyuyandan sonra isə bir başqasına keçir..Amma bu dəfə heçnə asan olmadı.Çünki bu dəfə ona bir ömür vicdan sızladan o hadisə baş verdi…
Spoiler vermeyecemm oxuyunn oxutturunnn