Gönderi

Zona
10/10
·212 syf.··
Beğendi
·
2025 19. kitabı
Samir Turanın ilk qələmişi olan bu kitab, fantastik-roman janrına daxildir. @alfacinnesriyyati tərəfindən 2025-ci ildə çap olunan əsər, kitabın əsas qəhrəmanı olan Tomi adlı bir gəncin dilindən nəql edilir. Kosmik Araşdırmalar Mərkəzində işləyən Tomi, günlük rutinini tamamladıqdan sonra evində istirahətə çəkilir. Lakin, daha sonra gözünü heç tanımadığı bir mühitdə açan qəhrəmanımız, özünü müxtəlif qorxulu müəmmaların cəngində tapır. Xeyr; Bu nə yuxu, nə də qarabasmadır! Onunla eyni taleyi paylaşan Nelsonla qarşılaşmaları da məhz bu sirli mühitdə baştutur. Bəs bura haradır? Bura, ətrafı öz əsrarəngizliyini qoruyub-saxlayan Zona ilə əhatələnmiş, çevrə adlandırdıqları ölü bir ərazidir. Tale onları bütünüylə yad olduqları bu quraq səhraya atsa da, onlar, istəmədikləri şəkildə girdikləri bu çətin mücadilədə, ömrlərini burada tükətməyə razı deyillər. Qurtuluş ehtimalı isə tək bir yola bağlıdır; Zonaya adlamaq ! Sonsuz müəmmaları ilə onları qorxuya salan Zonanın isə, gerçəkdə qurtuluş vəd edib-etmədiyi sual altındadır. Eyni miqyasda həm həyata, həm də ölümə açıla biləcək tək bir qapı Zonadan keçir. Bəs dostlar, bu qapını açmağa cəsarət edə biləcəklərmi?...
Edebiyat & Roman
ZonaSamir Turan · Alfacin Neşriyyat · 202513 okunma
··
1 +1'leme
·
129 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Gözəl və əhatəli təhlil üçün çox sağ ol 😊🫶