Əgər düşünməyi və analiz etməyi sevirsinizsə, bunun düzgün metodikasını anlamaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun. Əslində bilirəm dediyiniz onlarla duyğunu əslində bilmədiyinizi, gündəlik həyatımızın bir hissəsi olan hadisə və proseslərə əslində başqa prizmadan da baxa biləcəyinizi və düşünməyə kifayət qədər vaxt ayırmadığınızı anlayacaqsınız. İnsanın özü ilə tək qalıb bəzi şeyləri sorğu-sual etməsinin şirin dadını bilənlər bu kitabı çox sevəcək.
Ancaq qısa bir not. Kitab biraz dərindi. Üzməyi bilməyənlər boğula bilər. Və bir də, kitabı oxuduqdan sonra bir müddət kitabın təsirindən çıxa bilməyəcək, ətrafınızdakı hər şeyi iki dəfə sorğulayacaq, iki dəfə düşünəcək, hər cür ziddiyyəti analiz edəcəksiniz.
Orxan bəyin youtube-də maraqlı video və müzakirələri var. Kitabı oxuduqdan sonra onlara da nəzər yetirmənizi məsləhət görürəm.
Özümə aldığım bəzi notları da bura düşürəm. Lazım olarsa buyurun:
1. Qızıl ortada olmaq ən gözəlidir. Həm inkişafa yerin var, həm de düşəndə 0-dan aşağı
düşmürsən
2. "Həyatda hərşey zəhərdir. Önəmli olan dozadır"
3. Freyd və dovşan hekayəsi
4. introspeksiya deyə bir ifadə var imis və hər kəsə nəsib olmurmus. 1-0 öndəyəm
5. Tapşırıq 5-i edə biləcəyin günə qədər özünü inkişaf etdir.
6. "İnsanın məna axtarışının səbəblərindən biri özünü həyata bağlayacaq anlayışları axtarmasıdır" - sən elə olma. Özünün ən yaxşı versiyası ol!
7. Sən sistemin ən kiçik hissəsisən. Amma sistemi düzəltmək istəyirsənsə ordan başla
ZiddOrxan Şahbaz