SPOİLER VAR)
1 saata bitirdim kitabı. Səhifə sayı 150 olsa da, whatsapp yazışmaları formatında olduğu üçün çox sürətli oxunur. (qadınların yazışmaları oxumaqla bağlı xüsusi bacarığının olduğunu hamımız bilirik) Fərqli ideyadır, yenilikdir,maraqlı görsənir. Amma kaşki yazdım, oldu, bitti formasında olmasaydı. Bir az mənə boşluqları varmış kimi gəldi. Bir çox mövzu sual altında qaldı. Sanki əsər tamamlanmamış vəziyyətdədir. Amma hər hansısa ağır romandan sonra beynin yüngül vari dincəlməsi və çox yüklənməməsi niyyətinə oxumaq olar. Maraqlıdır. Ən azından vulqarlıq yoxdur. Məktəbli uşaqlar rahatlıqla alıb oxuya bilərlər çünki mənasız pornoqrafiyada yoxdur.
Gəldik mənə görə olan boşluqlar hissəsinə. Məsələn mən uşaqların maşınla öldürdüyü qəzanın tam təsvirini oxumaq istəyərdim yazışma olaraq deyildə hadisə anının təsviri dolu-dolu hardasa bəhs edilməsini istərdim. Orada ölən xanımın kimliyi həyatı ilə bağlı bilmək istəyərdim. İntiqamın ailəsi ilə bağlı atası ilə ən azndan bir mübahisəsini və ya necəsə hansısa məsələsini. seyfdən pulu oğurlamasını. Sonra müstəntiq sanki qarşısında 4 insanı amansızlıqla qətlə yetirən biri ilə deyil qohumu ilə söhbət edir. Azcada olsa işin qanuni tərəfini araşdırıb bu yöndə yazıların olması çox gözəl olardı. kitab həm dolu-dolu olardı həmdə daha çox maraq qatardı.
Həmçinin, bu 4 dostun necə dostluq münasibətləri olduğunu onların niyə intiqama bu qədər kinlənib pul qopartmaq istəyini açıqlayan yerlərin olmasını, ən azndan 4 dost arasında dava, panikalar gözləyirdim. İnsan öldürüb bu qədər soyuqqanlı davranb basdırıb sabah həyatına davam etmək istəyən, dostunu gecə vaxtı məni izləyirlər deməsindən sonra narkotik vasitə çəkməsinə görə hədə-qorxu gələrək nömrəyə baxmaq üçün göndərməsindən və sonrasında dostunun yoxa çıxmasına baxmayaraq rahatlıqla gedib yatmasından sonra bütün dostları tərəfindən xəyanətə uğramasına görə yazığım gələ bilməzdi. Çünki əsərin içərisində o hisslər ötürülmədi.