İlk olaraq deyə bilərəm ki, Kafka Gregorun ruh halını oxucuya inanılmaz dərəcədə real ötürür. Onun hörümçəyə çevrilməsi və sonradan yeni bədəninə öyrəşməsi prosesini oxuyarkən, sanki özün də o dar otaqda, onun içində sıxılırsan.
Gregor bir səhər oyandığında artıq insan deyil, amma onu ən çox narahat edən bu deyil,ailəsinin və müdirinin bu vəziyyəti necə qarşılayacağıdır. Çünki o, ailəsini dolandıran yeganə şəxs idi. O düşünür ki, belə vəziyyətdə qaldıqda ailəsi onsuz bacarmaz. Amma hadisələr tam tərsinə olur: atası işləməyə başlayır, anası ev işlərindən əlavə gəlir mənbələri tapır, bacısı isə, yaşı az olmasına baxmayaraq, ailəyə dəstək olur.
Əvvəllər bütün yükü tək başına daşıyan Gregor indi ailəsi tərəfindən tamamilə kənarlaşdırılır. Onun varlığı getdikcə görünməz olur. Ən çox güvəndiyi bacısının belə zamanla uzaqlaşması, Gregoru sanki insani hisslərindən də soyudur.
Əsərin sonluğu isə çox acı idi. Gregorun ölümü ailəsi üçün bir rahatlıq kimi qəbul olunur və onlar sanki heç nə olmamış kimi həyatlarına davam edirlər.
Kafka burada həm ailənin, həm də cəmiyyətin insanı dəyərsizləşdirməsini ustalıqla göstərir. Bu əsər mənə görə, “insan olmaq” anlayışını sorğuladan ən təsirli hekayələrdən biridir.
Franz KafkaÇevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2025268,2bin okunma