9/10
·628 syf.··
Beğendi
·
2025 218. kitabı
·
11 günde okudu
·
Okunma: 30 Ekim 2025 11:59
"Kırmızı ve Siyah" ("Qırmızı və Qara") fransız yazıçısı Stendalın ən məşhur əsəridir. Yazıçı burada gənc qəhrəmanımız Julien Sorelin timsalında 19-cu əsrin sosial və psixoloji xarakterini ortaya qoymuşdur. Əsərdə Stendal Julienin daxili mübarizəsini və sosial təzyiqlərlə qarşılaşmasını rənglərin vasitəsilə təsvir edir: Qırmızı - həyatın enerjili, ehtiraslı və arzularla dolu tərəfi; Julienin gənclik ehtirası və romantik istəkləri. Qara - məhdudiyyətlər, qaydalar, cəmiyyətin sərt tələbləri və gəncin qarşılaşdığı faciə və sarsıntılar. Julienin daxili dünyasında qırmızı rəng nə qədər hakim olsa da, sonda qaraya çevrilir. Bu, onun arzularının və ehtiraslarının sosial və kilsə məhdudiyyətləri qarşısında məğlub olduğunu göstərir. Stendal realizm və psixoloji analiz vasitəsilə həm Julienin daxili dünyasını, həm də yaşadığı cəmiyyətin xarakterini ustalıqla təsvir etmişdir. Əsərə böyük gözləntilərlə başlamışdım. Ortalarda yazıçının fərqli üslubu və gənc qəhrəmanımızın ehtirasları oxucunu bir az yorsa da, sondakı hadisələr Julienin hekayəsinin oxumağa dəyər olduğunu sübut edir.
Edebiyat
Kırmızı ve SiyahStendhal · Türkiye İş Bankası Kültür Yayınları · 202212,7bin okunma
·
329 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Vəfa Hafiz
Gönderi Sahibi
10 bal da Julien Sorelin şərəfinə aldıq.😁