·528 syf.··Beğendi
···Okunma: 30 Ekim 2025 20:12 ARFID adlanan, yemək davranışı ilə bağlı psixoloji bir narahatlıq halı var. Bu insanların hər zaman "safe food" deyə ayırdıqları qidaları olur və bu qıda onlar üçün hər an, hər yerdə, hər şəraitdə əl çatan olur ki, həm həddindən artıq aclıq yaşamasınlar, həm də çıxılmaz halın qarşısı alınsın. Dan Brown mənim üçün "safe food"-dur. Oxuyanda heyran olacağıma və ruhumun doyacağına əmin olduğum tək mənbədir. Ancaq təəssüf ki, hər gözəl şeyin bir sonu var. Birgün bütün Dan Brown kitablarını oxuyub bitirəcəyimi bildiyim üçün illər öncə özümlə bir şərt kəsmişəm. İLƏ 1 KİTAB. Hətta bəzi illər təkrar geriyə dönüb təkrar eyni kitabı və ya başqa dildə olan versiyasını oxumaq. Bu il yeni kitab "Secret of secrets"-in çıxmasını fürsət bilib yeni kitabı oxumağa özümə icazə verdim. İtirilmiş Simvol. Həmişəki kimi Dan Braunun möhtəşəm söz oyunları, ağılalmaz bənzətmələri, heyran qalınacaq dərəcədə möhtəşəm araşdırmaları və təbiki hər növbəti başlıqda yaşatdığı "ola bilməz" hissi. Bəzən yazdıqları sadəcə bir kitab üçün araşdırma və əlaqələndirilmiş faktlarmıdır yoxsa gərçək anlaya bilmirəm.
P.S.Elə bir sirr yoxdu ki, nəhayət aşkar olmasın və gizlində olan heç nə yoxdur ki, üzə çıxmamış olsun.