Puan vermedi·196 syf.··Beğendi
···Okunma: 03 Kasım 2025 10:09 Badam, beynimizdə həcmcə kiçik amma böyük təsirlərə malik olan üzvümüzə verilən addır. Onun inkişaf etməməsi hissizliyə və də emosionallardan uzaq bir ömür keçirməyə bənzəyir. Doğulan andan öz fərqliliyi ilə seçilən hekayə personajımızın bu fərqliliyi anasının gözündən qaçmır və nəticədə beynində amigdalısı inkişaf etməmiş bir uşağının olduğu reallığını qəbullanaraq onu bütün hislərlə tanış etməyə çalışır. Sevgi nifrət, gözyaşı, ağrı, acı və gündəlik həyatımızda bizim üçün adi olan lakin ona çox yad olan hisləri anası not kağızlarına yapışdıraraq bir-bir öyrətməyə, insanlaeın nəzakətli hallarını görərkən onlara saxta təbəssüm etməyi öyrədir.
Kiçik həcmli hekayə olsa da məna cəhətdən dərin və də təsirli idi. Oxumağa və bitirdikdən sonra düşünməyə dəyər.