Əsər insanoğlunun tənhalığından, dostluqdan sadə yaşam tərzindən söhbət açır. Bir qarın çörək üçün birinin qol gücü digərinin zəkası kifayət edir. Bu dünya həssas insanlar üçün ağırdır. Ağıldan kəm olan personajın əlində olan gücdən bixəbər oluşunun təzadlılığı və də tənhalıq həyatının bir parçasına çevrilmiş insanların çarəsizliyi çox gözəl işlənilmişdi.
Əsərin sonunda Lenninin ən yaxını, həyatda tək tanıdığı, yol yoldaşı Corc tərəfindən öldürülməsi daha toxunaqlı idi mi yoxsa, öz təkliyini pozaraq sadəcə eşidilmək üçün həyatını bölüşdüyü qadının bir sığalla ölümə məhkum olmasımı?
Qısa, az və öz, sonunda düşündürən əsərlərdən biri idi.
Badam, beynimizdə həcmcə kiçik amma böyük təsirlərə malik olan üzvümüzə verilən addır. Onun inkişaf etməməsi hissizliyə və də emosionallardan uzaq bir ömür keçirməyə bənzəyir. Doğulan andan öz fərqliliyi ilə seçilən hekayə personajımızın bu fərqliliyi anasının gözündən qaçmır və nəticədə beynində amigdalısı inkişaf etməmiş bir uşağının olduğu reallığını qəbullanaraq onu bütün hislərlə tanış etməyə çalışır. Sevgi nifrət, gözyaşı, ağrı, acı və gündəlik həyatımızda bizim üçün adi olan lakin ona çox yad olan hisləri anası not kağızlarına yapışdıraraq bir-bir öyrətməyə, insanlaeın nəzakətli hallarını görərkən onlara saxta təbəssüm etməyi öyrədir.
Kiçik həcmli hekayə olsa da məna cəhətdən dərin və də təsirli idi. Oxumağa və bitirdikdən sonra düşünməyə dəyər.