Aysun Dunya

Aysun Dunya
@aysundunya
Gözlerin ağlaması, ruhun gülümsemesidir
Puan vermedi
Əsər insanoğlunun tənhalığından, dostluqdan sadə yaşam tərzindən söhbət açır. Bir qarın çörək üçün birinin qol gücü digərinin zəkası kifayət edir. Bu dünya həssas insanlar üçün ağırdır. Ağıldan kəm olan personajın əlində olan gücdən bixəbər oluşunun təzadlılığı və də tənhalıq həyatının bir parçasına çevrilmiş insanların çarəsizliyi çox gözəl işlənilmişdi. Əsərin sonunda Lenninin ən yaxını, həyatda tək tanıdığı, yol yoldaşı Corc tərəfindən öldürülməsi daha toxunaqlı idi mi yoxsa, öz təkliyini pozaraq sadəcə eşidilmək üçün həyatını bölüşdüyü qadının bir sığalla ölümə məhkum olmasımı? Qısa, az və öz, sonunda düşündürən əsərlərdən biri idi.
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,5bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Badam
Puan vermedi·196 syf.··
Beğendi
·
2025 5. kitabı
·
20 günde okudu
·
Okunma: 03 Kasım 2025 10:09
Badam, beynimizdə həcmcə kiçik amma böyük təsirlərə malik olan üzvümüzə verilən addır. Onun inkişaf etməməsi hissizliyə və də emosionallardan uzaq bir ömür keçirməyə bənzəyir. Doğulan andan öz fərqliliyi ilə seçilən hekayə personajımızın bu fərqliliyi anasının gözündən qaçmır və nəticədə beynində amigdalısı inkişaf etməmiş bir uşağının olduğu reallığını qəbullanaraq onu bütün hislərlə tanış etməyə çalışır. Sevgi nifrət, gözyaşı, ağrı, acı və gündəlik həyatımızda bizim üçün adi olan lakin ona çox yad olan hisləri anası not kağızlarına yapışdıraraq bir-bir öyrətməyə, insanlaeın nəzakətli hallarını görərkən onlara saxta təbəssüm etməyi öyrədir. Kiçik həcmli hekayə olsa da məna cəhətdən dərin və də təsirli idi. Oxumağa və bitirdikdən sonra düşünməyə dəyər.
Roman
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,782 okunma
Varım!
Puan vermedi
İnsan özünü tanımaq üçün oxuyar. Bunu isə sadəcə olğunlaşmış insan anlayar və bu məqsədlə oxumağa tutunar.. Şəxsi həyatdan tutmuş kariyeraya, uşaqlığımıza, hansı kitabı oxumalı, niyə film izləməli, bir sözlə- yaşamın hər aspektinə toxunan Yazar bir kitabı sənin həyat yolunda əlindən tutacaq bir bələdçi kimiz hazırlanmışdır. Kitabı oxuyaraq deyil, dinləyərək agah olsam da, sanki hər səhifəsi yaşanmış uzun bir həyatı bir neçə vərəqə sığdırılmış hissini verir. Yaşıdlarıma və məndən kiçiklərə ikiəllə tövsiyə edəcəyim çox gözəl kitablardan biri oldu.
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap · 202137,7bin okunma
Qısa məlumat
8/10
·160 syf.··
Beğendi
·
2025 2. kitabı
·
43 günde okudu
·
Okunma: 15 Şubat 2025 14:46
Düzgün danışıq və səhnəyə çıxan zaman hansı taktiklərlə öz fikirlərini, sözlərini ifadə etməkdə başlanğıc üçün çox ideal kitabdır. Dili sadə, anlayışı rahat və bir o qədər də keyiflidir. Danışıq üzrə kitablarda Oğuz Benlioğlunun öyrətdikləri bu yolun başlanğıcında olanlar üçün düşünürəm ki, əvəzsiz bir kitab olacaq. Retorik Oğuz Benlioğlu
RetorikOğuz Benlioğlu · Kronik Kitap · 2023199 okunma
Yaşamak
8/10
·210 syf.··
2024 3. kitabı
·
26 günde okudu
·
Okunma: 22 Eylül 2024 17:09
Yaşamak kitabı əslən çinli yazıcı Yu Huanın ən çox sevilən və bir neçə dilə tərcümə olan əsərlərindən biridir. Hekayə Fugui adlı əsilli bir ailədə doğulmuş Xu ailəsinin varisinin uşaq yaşlarının təsviri ilə başlayır. Ailəsindən qalan var-dövlətlə qürurla yeriyən, insanları alçaldan daha sonra isə bütün var-dövləti bir gündə qumarda itirən Fuguinin əsl hekayəsi səfilliyə qədəm qoyduğu an artıq öz acılığı ilə oxucunu sarsıdır. Artıq bütün pulu bitmiş kənddə öz ailəsi ilə tək yaşayan Fuguinin arvadı belə qaynatası tərəfindən gəlib aparılır və təkliyi dadmağa başlayan Fugui azyaşlı qızı ilə əkin işində işləyərək dönəmin çətinlikləri ilə birgə az da olsa pul qazanmağa başlayır. Lakin həyat elə gətirir ki, xəstəliklər nə ondan nə də onun ailəsindən yan keçmir, sırası ilə anasını, oğlunu, yoldaşını və qızını itirir. Artıq yaşamağın onun üçün bir anlamı qalmır. Ailəsindən başqa zənginliyi olmayan Fugui bir-bir öz doğmalarını əlləri ilə torpağa təslim edir. Öz inzivasına çəkilir və öləcəyi günü öz adını verdiyi öküzü ilə birgə gözləyir.
Roman
YaşamakYu Hua · Jaguar Kitap · 202670,2bin okunma