İncələmədən əlavə müzakirəmiz də burada qalsın istədim. 😄
[12.11, 22:47] Vəfa Hafiz☘️: Mənim təsəvvürümdə canlandırdığım Anna Karenina daha fərqli bir qadın idi. Bəlkə də, gözləntim o qədər böyük olduğu üçün mənə belə təsir etdi.
[12.11, 22:48] Vəfa Hafiz☘️: Vronski qarşısında özünü alçaltmadan istədiyi vaxt onu tərk edə biləcək güclü bir qadın olması yaraşardı.
[12.11, 22:49] Vəfa Hafiz☘️: Ki Vronski də bütün bunlara dəyəcək adam deyildi. 🥲
[12.11, 22:49] Çiçək❀: Məsələ elə budu,ilk çox əsəbləşdirir Anna adamı,sona yaxın qəribə yazıqlıq gəlir.Üzərindən 2-3il keçəndən sonra isə Annanı sevirsən)
Qəribə bir şeydi bu)
[12.11, 22:49] Vəfa Hafiz☘️: Bəlkə də.
[12.11, 22:49] Çiçək❀: Bu da yazıçının gücüdü
[12.11, 22:50] Çiçək❀: Vronskidən isə həmişə zəhlən gedəcək 🤣🤣🤣🤣🤣
[12.11, 22:50] Vəfa Hafiz☘️: Annanı xəyanətinə görə sevməyənlər var. Amma mənim məsələm bu deyildi.
[12.11, 22:51] Vəfa Hafiz☘️: "Namus bekçisi" kimi yanaşmamışam. 😂
[12.11, 22:51] Çiçək❀: Bilirəm,onsuzda elə birinə bənzəmirsən
[12.11, 22:52] Çiçək❀: Levin əladı,özü üçün əkib becərib heç kimə qarışmır🤣🤣🤣
[12.11, 22:52] Vəfa Hafiz☘️: 😂🤣🤣
[12.11, 22:52] Çiçək❀: Bilirsən harasına çox həyacanlanmışdım,əməlli elə bil içindəydim
[12.11, 22:53] Çiçək❀: At yarışı var idiyə,əridə Annanın emosialarını izləyir,sonra at arabasında Vronskini sevdiyini deyir
[12.11, 22:53] Vəfa Hafiz☘️: Eynən.
[12.11, 22:53] Çiçək❀: Əla yazıb
[12.11, 22:53] Vəfa Hafiz☘️: Ən həyəcanla oxuduğum yeri.
[12.11, 22:54] Vəfa Hafiz☘️: Ondan sonra Vronski ilə səyahətə çıxanda söndüm mən.
[12.11, 22:54] Vəfa Hafiz☘️: 😂
[12.11, 22:54] Çiçək❀: Vronskidən zəhləm gedir də qardaş🤣
[12.11, 22:55] Vəfa Hafiz☘️: Mən də sevmədim. Bir də Tolstoy sonda rahata qaçıbmış kimi hiss etdim.
[12.11, 22:55] Vəfa Hafiz☘️: Annadan sonrakı hiss və duyğularını açmadan birbaşa müharibəyə göndərir.
[12.11, 22:55] Çiçək❀: O sırada Tolstoyun 'Anna öldü' deyib günlərlə ağlamağı🤣🤣🤣🤣🤣
[12.11, 22:55] Vəfa Hafiz☘️: Ona görə yola verib. 😂😂
[12.11, 22:55] Vəfa Hafiz☘️: Hərgah bir neçə tutarlı cümlə deyir, amma daha əsərə layiq bir son lazım idi.
[12.11, 22:56] Çiçək❀: Hə düz deyirsən