·544 syf.··Beğendi
···Okunma: 13 Kasım 2025 18:02 Əsas obraz Fəridədir. Kamran adlı sevdiyi oğlanın xəyanətini öyrənir və istanbuldan qaçır. Anadolun müxtəlif bölgələrində müəllimə kimi işləyir. Cahil insanlar ona əziyyət edirlər. Ancaq o çətinliklərə qarşı mübarizə aparır və iradə sərgiləyir. Mənim fikrimcə onun Kamrana bəslədiyi sevgi əbəs idi. Sırf bu səbəblə bir çox illərini qəm qüssə içərisində keçirir. Halbuki əxlaqı, mədəniyyəti və təhsili ilə çox xoşbəxt bir həyat qura bilərdi. Ancaq o uzun illərini matəm abu havası ilə, çətinliklərə qərq olaraq keçirir. Ədəbiyyatın ən güclü qadınlarından biridir Fəridə. Əsəri bəyənərək oxudum və açığı illər öncə yarım buraxdığıma peşman oldum.