Doğru zamanda doğru kitaba rastlayanda qəlbim "pır-pır" edir:)
Elə bil ki, o kitab uzun zamandır hiss etdiklərimi duyub, uzun yol gəlib, məni tapıb vəə ürəyimə sığınıb. Həyatım boyu heç vaxt “vətənpərvərlik” adlanan o hissi tam duymamışam. Amma qəribədir son beş ildir ki, hər il sentyabrın sonu gələndə içimdə bir narahatlıq başlayır. Ruhum daralır, hüzurum çəkilir, yuxularım itir. Bəlkə çoxları üçün o dönəmlər artıq arxada qalıb, amma bəzilərimiz üçün o günləri anmaq hələ də ağırdır. Bəzən bir xatirə, bir ad, bir sətir belə hər şeyi geri gətirir. Üzərindən 5 il keçsə belə..
9-cu Mərtəbə bir az da olsa məni sakitləşdirməyi bacardı. Rahatlatdı, gözlərimi yoldan çəkdi. Məni əlavə bir şeylər hiss edib üzülməkdən qurtardı. Ən əsası qəlbimi utanc, xəcalət hissindən azad etdi.
Elə buna görə də bəzi kitablar üçün “xüsusi ad” axtarıram. Çünki bu kitab sadəcə oxuyub bitirdiyim hekayə deyildi. Belə bir şeyə sadəcə “kitab” demək olmur axı.
Yaxşı ki, vardınız, Murad Nağıyev
Yaxşı ki, varsınız, İlqar Kamil
9-cu Mərtəbəİlqar Kamil · Qapı Psixologiya Mərkəzi · 202514 okunma