və ya Muradın iztirabları

9-cu Mərtəbə

İlqar Kamil
Tahmini Okuma Süresi:
5 sa. 54 dk.
Sayfa Sayısı:
208
Basım Tarihi:
Ekim 2025
Yayınevi:
Qapı Psixologiya Mərkəzi
ISBN:
9789952394382
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·208 syf.··
2026 2. kitabı
·
19 günde okudu
·
Okunma: 28 Ocak 2026 18:04
Bu kitab şəhid Murad Nağıyevin 2020ci il Qarabağ döyüşləri zamanı öz sevdiyi qıza yazdığı məktublarından ibarətdir. Roman olduğu qeyd olunub lakin mən xatirə ədəbiyyatı kimi görürəm kitabı. Müzakirəyə açıq və müzakirə ediləsi kitab olduğunu düşünmürəm. Bu hadisələr yaşanıb, olub, bitib. Roman olsa idi deyə bilərdik ki, filan hadisə belə olmalıdır, filan hadisə elə. Sadəcə oxuna bilər. Kitab sadə və məişət üslubunda yazılıb. Korrektə səhvləri də var idi.
9-cu Mərtəbəİlqar Kamil · Qapı Psixologiya Mərkəzi · 202514 okunma
Bir kitab və beş ilin ağrısı sakitləşdi.
8/10
·208 syf.··
Beğendi
·
2025 13. kitabı
·
17 günde okudu
·
Okunma: 11 Kasım 2025 23:13
Doğru zamanda doğru kitaba rastlayanda qəlbim "pır-pır" edir:) Elə bil ki, o kitab uzun zamandır hiss etdiklərimi duyub, uzun yol gəlib, məni tapıb vəə ürəyimə sığınıb. Həyatım boyu heç vaxt “vətənpərvərlik” adlanan o hissi tam duymamışam. Amma qəribədir son beş ildir ki, hər il sentyabrın sonu gələndə içimdə bir narahatlıq başlayır. Ruhum daralır, hüzurum çəkilir, yuxularım itir. Bəlkə çoxları üçün o dönəmlər artıq arxada qalıb, amma bəzilərimiz üçün o günləri anmaq hələ də ağırdır. Bəzən bir xatirə, bir ad, bir sətir belə hər şeyi geri gətirir. Üzərindən 5 il keçsə belə.. 9-cu Mərtəbə bir az da olsa məni sakitləşdirməyi bacardı. Rahatlatdı, gözlərimi yoldan çəkdi. Məni əlavə bir şeylər hiss edib üzülməkdən qurtardı. Ən əsası qəlbimi utanc, xəcalət hissindən azad etdi. Elə buna görə də bəzi kitablar üçün “xüsusi ad” axtarıram. Çünki bu kitab sadəcə oxuyub bitirdiyim hekayə deyildi. Belə bir şeyə sadəcə “kitab” demək olmur axı. Yaxşı ki, vardınız, Murad Nağıyev Yaxşı ki, varsınız, İlqar Kamil
9-cu Mərtəbəİlqar Kamil · Qapı Psixologiya Mərkəzi · 202514 okunma
Reklam