Kitabı oxuduğum müddətdə yazıçının ölüm xəbərini aldım və daha sonra kitabı oxumaq daha ağır gəlməyə başladı.
Baek Sehee’nin mübarizə apardığı mövzular bu gün çox insanın həyatında yer alan dərinliklərdir. O, yaşadığı travmalar, depressiya, daxili boşluq və özü ilə apardığı mübarizəni qələmə alıb bölüşməklə ilk növbədə bunu yaşayanlara “tək deyilsiz” mesajını verdi. Onun açıq ifadələri sanki digərlərinin dilə gətirə bilmədiyi düşüncələr və hisslər oldu. O, özü də kitabın ən başında tək olma qorxusunu yaşadığını bildirmişdi. Məncə kitabın sevilmə səbəbi ən çox bu oldu. “It was like a light was shining into the darkness of other life.”
Digər tərəfdən isə psixiatr dəyərləndirməsi, cavabları, yanaşması gözlədiyim kimi olmadı. Mütəxəssisin klinik analizləri sadə, səthi və bir o qədər də soyuq idi. Özü də bunun fərqində olduğunu kitab hazır olanda bildirib. But Baek’in 10 il psixiatr dəstəyi aldığını nəzərə alsaq tənqid belə etmək olar psixiatrı.
Kitabda yaşamağın kiçik amma əhəmiyyətli parçalarda olduğunun vurğulanması da (məsələn tteokbokki) gözümdən qaçmadı.
Baek Se-hee