Puan vermedi·72 syf.··
2025 36. kitabı
“İnsanı İnsan Edən Nədir: Şəxsiyyəti, yoxsa statusu..."?! Nikolay Qoqol "Palto" "Biz hamımız Qoqol"un paltosundan çıxmışıq" İfadənin kimə aid olduğu dəqiq deyil, amma Dostoyevskinin dediyi güman edilir. Bu ifadədə dərin həqiqət yatır, Qoqol nəinki rus ədəbiyyatına, həmçinin dünya ədəbiyyatına da təsir göstərmişdir. 70 səhifəyə bir dünya sığışdırmaq hər yazıçının bacaracağı iş deyil. Akakiy Akakiyeviç Kafkanın Gregor Samsası'nın böcəyə dönməmiş variantıdır Tolstoyun “İnsanı yaşadan nədir?” sualı ilə Qoqolun “İnsanı nə kiçildir?” sualı, əslində, bir-birinin cavabıdır. İnsanı yaşadan sevgi, mərhəmət, daxili ehtiyacdırsa, onu kiçildən statusun olmaması, cəmiyyətin biganəliyi və ən çox da dəyər verilməməsidir. Amma, mənə görə insanı yaşadan həyatda bir məqsədinin olmasıdır, həyatda nəyəsə yarana bildiyini hiss etməsidir, bir məşğuliyyətinin olmasıdır. "Palto" əsəri kiçik bir həyat dərsi verir. Rus ədəbiyyatının atası Qoqol əsərdə satiradan, iynələmədən, qara mizahdan yetəri qədər istifadə edib. Vladimir Nabokov bu əsəri "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırırdı. Akakiy Akakiyeviç'in paltosunun oğurlanması başqaları üçün önəmsiz bir hadisə idi. Bu Akakiyeviç üçün tək maddi itki deyildi, bu onun həyat sevincinin, geri gələn egosunun, arzularının oğurlanması idi. Əslində cəmiyyətin ən çox etdiyi budur: Hissləri oğurlamaq... İnsanı öldürən laqeydsizlikdir. "Bir gün biz də kimsənin paltosunu oğurlamış ola bilərik: diqqətsizliyimizlə, sözlərimizlə, eqomuzla.” Kiçik saydığımız problemləri əlimizin tərsi ilə itələməməliyik. Əsərdə yaradılan "Mistik ədalət" sadəcə bir əxlaq dərsi deyil, cəmiyyətin yaratdığı soyuqluğun metaforasıdır. Bizdə paltomuzu itirmişik, dəyərimizi, insanlığımızı, ruhumuzu itirdiyimiz kimi. t.me/kinokitabxana
Edebiyat
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201746,3bin okunma
·
1 +1'leme
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.