·288 syf.··Beğendi
···Okunma: 23 Kasım 2025 21:01 Sarah Jio-Kelebek adası
Yayda oxumağa başladığım kitabı nəhayət ki , bitirdim.
Məncə, Sarah Jio sevgidən ən gözəl yazan yazardır.
Sehirli, macəra dolu, sevgi dolu, möcüzə dolu, ümid dolu, inam bir kitab oxudum.Kelebek adası
Əfsanəyə görə mavi kəpənək möcüzənin, sehrin və dəyişimin göstəricisidir. Ona gündoğumunda rastlayan adamın həyatı tam dəyişirmiş.
Əsərin baş qəhrəmanı Charlottedir. O Eriklə evlənir və bal ayına gəmi ilə səyahətə çıxır. Bermuda üçbucağı və sehirli gəmi turu onun həyatını tamamilə dəyişir. Eriki dəniz tutduğundan səyatin çox qismini otağında keçirir. Və proqramların çoxuna qatıla bilmir. Erik qayıq turuna bilet almağıunutduğundan Charlotte qayıq gəzintisinə tək çıxmalı olur. Qayıq səyahət edərkən bədbəxt hadisə baş verir və itir. Sahildən axtarışlar heç bir nəticə vermir. Qayıqakı insanların hamısı ölür. Lakin Charlotte və Gray möcüzə nəticəsində sağ qalmağı bacarırlar.Okeanda 10 gündən çox qayıqda üzən iki nəfər nəhayət bir adaya rast gəlir.
İzsiz , tapılmayan bir adada tanımadığı biri ilə sağ qalmaq uğrunda mübarizə aparan qadının bütün həyatını mavi kəpənək adası dəyişir.
Böyük sevgi, macəra, fantastika, həyəcan dolu kitabı çox böyük maraqla oxudum.
Sarah Jio qələmi bu kitabda da öz incəliyi, həssaslığı ilə seçilirdi.
Kitabda illərlə gəmi səyahətində itgin düşmüş gəmilər, fərqli həyatlar, ayrı-ayrı talelər də yer alıb. Yazar bu kitabla ümid siqnalı ötürüb.Sağ qalmağa inam, sevgiyə və möcüzəyə inam.
Həqiqətən də insan inananda yolun yarısını qət eləmiş sayılır. Charlotte ilə Grayi ölməyə qoymayan inam və sevgi olur…
Əsər çox gözəl və müsbət enerji ötürür.
Xoş mütaliələr Carpe diem, kitabla qalın, mavi kəpənəklərə və onların gətirdikləri möcüzəyə inanın