Vətən Ayrıları
Puan vermedi·96 syf.··
Beğendi
·
2025 100. kitabı
·
30 saatte okudu
·
Okunma: 25 Kasım 2025 15:22
"Başın taclı, altın taxtlı dəxi olsa, millətin və vətənin olmadan bədbəxtsən!" (səh.50) Firidun bəy Daryal " "Çapar" keçmişdə atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxsə deyilirdi. Biz də daha çox keçmişimizdən, tariximizdən bəhs edəcəyik" deyənlərin ərsəyə gətirdiyi çox gözəl, nəfis tərtibatlı, faydalı bir dərgi. İlk yazıda Dilqəm Əhməd Fətəli xan Xoylunun "Yatsa idik də yuxumuza girməzdi..." dediyi Parlamentin açılışından Cümhuriyyətin işğalına qədər olan dövrdən qısa söhbət açır. Ən sevdiyim yazılardan biri Mirzə Bala Məmmədzadənin ilk dəfə transliterasiya olunaraq nəşr olunan "Nəf-i elm yaxud elmin sonu" əsəri idi. Əsərin birinci hissəsində müəllif 5-6 yaşında olarkən-ilk elm öyrənməyə başladığı vaxtlarının xatirələrini, ikinci hissəsində isə artıq məktəbi bitirmiş, peşə fəaliyyəti ilə məşğul olduğu dövründən söhbət açır, müsəlman və "Yuvrupa tayfası"nın müqayisəsini verir, elm öyrənməyin faydalarından danışır. "Müsahibə" rubrikasında Adalet Tahirzade nin maraqlı müsahibəsi verilib. Ədalət bəyi bir neçə il bundan əvvəl möhtəşəm "Azərbaycan Cümhuriyyəti tələbələri" işi ilə tanımışdım. Daha da yaxından tanımaq xoş oldu. Bundan əlavə, ilk təhsil ocaqlarımızdan, Azərbaycanın ilk rektorundan bəhs edən, mühacirlərimizdən Firidun bəy Daryal, Əhməd bəy Ağaoğlu, Vəli bəy Yadigar, Əmin Abid Gültəkinin Firidun bəy Köçərli haqqındakı yazısı da kifayət qədər maraqlı idi.
Çapar Dərgisi - No 1Çapar Dərgisi · Çapar Dergisi · 20183 okunma
·
104 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Belə bir dərginin varlığı böyük nailiyyətdir.
Asmar Farzaliyeva
Gönderi Sahibi
Elədir.