Kitab, nişanlısından bir iz üçün bir əlində çamadan digərində əsa ilə fırtınalı bir havada Vilis Vitols adlı latviyalının limandan Bakıya enməsi ilə başlayır. Tarixlər Çar Rusiyasının son dövrləri və Bakının aclıq, səfalət çəkdiyi zamanları qısaca 'ölümün bakının üstündə rəqs etdiyi zamanları' göstərir.
Kitabda dinə, iqtisadiyyata, sosial vəziyyətə, aclığa, zamanın idarəetmə strukturu və özbaşınalığına, azadlıq mübarizəsinə, insan psixologiyasına və s. məsələlərə eyni anda şahid olursunuz. Yazarın 1915-1918 ci illəri Bakıda yaşadığı faktını göz önündə tutsaq, bu zaman əsərdəki hadisələrin, abu-havanın nə qədər real olduğuna dair beynimizdə bir mənzərə formalaşar.
Yazarın rəssam olması səbəbi ilə kitabda təsvirlər aydın şəkildə verilib və həqiqətən o atmosferi hiss etmək, bugünkü bakı ilə qarşılaşdırmaq olduqca mistikdir. Ən əsası da 1918 ci il mart ayında neftin rusiyaya daşınması səbəbi ilə çörək üzü görməyən ac xalqın səbr daşının çatlaması ilə azadlıq mübarizəsinə başlaması və başlayan ayaqlanmaların necə erməni-bolşeviklər tərəfindən soyqırıma çevrildiyini, müharibə sonrası şəhərdəki vəziyyəti bir bakı sakini kimi qələmə alıb.
Kitabdakı mənzərəyə bakı sakini, aşiq, əcnəbi, xristian inanclı birinin pəncərəsindən baxırsınız.
Bunu da qeyd edim ki, kitabdakı təsvirlər bir tarixi fakt kimi deyil, Vilis Vitolisin başına gələnlər, qarşılaşdığı situasiyalar kimidir.
Yazar 2.Dünya müharibəsindən sonra komunist rejimə boyun əymədiyi üçün SSRİ-dən sürgün edilib.