Senden önce Ben..
10/10
·480 syf.··
Beğendi
·
2025 175. kitabı
"Me Before You​".. "Louisa və Will'in hekayəsi, həyatın sadəcə nəfəs almaqdan ibarət olmadığını, cəsarətlə sevməkdən ibarət olduğunu öyrədən bir romandır. Willin dünyası, bir vaxtlar sahib olduğu o şahanə azadlıq, keçirdiyi ağır qəzadan sonra əlindən alınmış yalnız qaranlıq bir otaqdan ibarət idi...Ta ki, o rəngarəng, həyat dolu Lou, qapıdan içəri girənə qədər... ​Will, Louya 'sadəcə var olmaqla kifayətlənmə' cəsarətini aşılamağa çalışır, amma tam tərsi onun Lou dan öyrənəcəyi çox şey var idi: Həqiqi sevgi, kimisə dəyişdirməyə çalışmaq deyil, onun seçiminə hörmət etməkdir; ən çətin, ən ağrılı seçim olsa belə. 'Səndən Əvvəl Mən' bizə ayrılığın belə bir sevgi aktı ola biləcəyini göstərir. Çünki bəzi sevgilər, əbədi davam etmək məcburiyyətində deyil; bəziləri sadəcə, qalan həyatınızı necə yaşayacağınızı öyrətmək üçün gəlir və gedir. Lounun qəlbindəki o kiçik arı döyməsi kimi...sevginin ağrısı qalır..lakin onunla birlikdə pıçıldanan son sözlər də qalır: 'Cəsur yaşa, Clark. Sadəcə yaşa.' "...
Senden Önce BenJojo Moyes · Pegasus Yayınları · 201333,1bin okunma
·
10 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.