·328 syf.··Beğendi
···Okunma: 11 Aralık 2025 19:54 Oxumağı çox tövsiyə etdiyim kitablardan oldu. Kitabdakı hekayələr o qədər təsirlidir ki, insan Allaha şükür etməyə şövqlənir, qarşısına qoyduğu hədəfə çatmaqdan başqa bir şans olmadığını düşünür)
İnsan xəstə də olsa, yoxsulluqda da olsa, heç vaxt ümidsiz olmağa haqqı yoxdur!
Bu kitabda bir hissə var idi ki, insanların isti münasibətinin qarşı tərəfə necə təsir etdiyi təsvir olunurdu. Mən belə bir nəticəyə gəldim ki, qarşı tərəf nə qədər sərt və soyuq olsa da, onlara məhəbbətlə davrananda büruzə verməsələr də, müsbət təsir edir. Bu düşüncə qəlbimi hərarətləndirdi...
Kitabın nəşr edilmə hekayəsi də çox maraqlı idi.