"Mən kitabı yox, kitab məni bitirdi."..
Rövşən Abdullaoğlunun qələmiylə tanışlığım gecikdiyi üçün həqiqətən təəssüflənirəm. Bu, oxuduğum ikinci əsəri olsa da, müəllifin nə qədər qüvvətli və dərin bir qələmə sahib olduğunun bir daha şahidi oldum. O, sadəcə kitab yazmır bir-biriylə harmoniyada birləşən psixologiya, fəlsəfə və tarixi mövzuları əlaqələndirir.Romanın əsas ağırlığı müharibənin dəhşətinin insan ruhu və psixikası üzərindəki dağıdıcı təsirinə həsr olunub. Müəllif hadisələri o qədər canlı və dərindən əks etdirir ki, oxucu obrazların yaşadığı ağrıları, itkiləri və daxili mübarizələri sanki öz içində hiss edir. Müharibənin qanlı səhnələri, qəhrəmanların məruz qaldığı psixoloji sarsıntılar və yaşamaq uğrunda apardıqları mübarizə olduqca ustalıqla təsvir edilmişdir..Kitabın ən cəlbedici tərəflərindən biri də fərqli dövrlərə və düşüncələrə dair tarixi rəngarəngliyi oxucunun qarşısına qoymasıdır. Roman bu mövzuları adi bir məlumat xarakteri daşımaqdan çıxararaq, onları süjetin toxumasına elə gözəl şəkildə qatır ki, oxucu həm bədii zövq alır, həm də ətraf aləm və insanın yeri haqqında dərindən düşünməyə vadar olur.Bu kitab birnəfəsə, böyük həyəcanla oxunur. Süjetin dinamikliyi və dilin axıcılığı sizi hekayənin içindən ayrılmağa qoymur.Kitabın hər bir anı sizi emosional dönüş nöqtəsinə aparır, zövqlə oxudum çoooooox bəyəndim.
#OxuyunOxutdurun