10/10
·680 syf.··
Beğendi
·
2025 75. kitabı
·
93 günde okudu
·
Okunma: 13 Aralık 2025 14:59
Həyat seçimlərdən ibarətdir və bu seçimlər, fərqində olsaq da olmasaq da, taleyimizi formalaşdırır. Jane Eyre romanı məhz bu həqiqəti insanın içinə işlədə-işlədə anladan əsərlərdən biridir. Burada həyat hadisələrdən ibarət deyil; həyat, insanın verdiyi qərarların mənəvi nəticəsidir. Jane Eyre-in hekayəsi balaca, məsum balaca bir qızın qəddar və amansız dünyaya açılan baxışları ilə başlayır. Uşaqlıq illərindən etibarən onun qarşısına çıxan haqsızlıqlar insanın qəlbini parçalayır. İnsan istər-istəməz soruşur: Niyə həyat balaca bir uşağa qarşı bu qədər zalımdır? Bu qədər tənha qalmaq, sevilməmək, alçaldılmaq bir uşaq qəlbinin daşıya biləcəyi yük deyil. Amma Jane daşıyır. Jane uşaq yaşlarından həyatın acısını dadır və bu acı onun ruhunu korlamır, əksinə, saflaşdırır. Çünki həyatın şirinliyini dərk etmək üçün insan əvvəl acını tanımalıdır. Jane-in Rochester ilə münasibəti əsərin ən mürəkkəb və düşündürücü xəttidir. Burada sevgi var, amma bu sevgi asan və rahat deyil. Jane-in qarşısında ağır bir sual dayanır: xoşbəxtliyi səhvlər üzərində qurmaq olarmı? O, sevdiyi halda belə yanlış bir həyatın parçası olmağı rədd edir. Çünki Jane üçün xoşbəxtlik vicdanla ziddiyyət təşkil edə bilməz. Seçim burada özünü göstərir. Jane rahatlığı yox, doğru olanı seçir. Amma insanın qəlbinin aid olduğu bir məskən var. Jane hara getsə də, hansı yolu seçsə də, ruhu həmişə öz həqiqi yerini tanıyır. İnsan bəzən fiziki olaraq uzaqlaşa bilər, amma qəlbin məxsus olduğu yerdən ruh heç vaxt ayrılmır. Jane-in həyatındakı bütün yollar onu sonda yenə öz aid olduğu yerə gətirib çıxarır. Əsərdə təsadüflərin rolu da düşündürücüdür. Hadisələr ard-arda təsadüf kimi görünə bilər. Amma sual yaranır: bunlar sadəcə təsadüfdürmü, yoxsa taleyin oyunu? Mənə görə, Brontë burada demək istəyir ki, insan taleyinin ən mühüm anlarında təsadüf adı altında bir ədalət mexanizmi işləyir. Çünki Tanrı ədalətini və mərhəmətini bəndələrindən əsirgəmir. Jane nə qədər sınaqlardan keçsə də, sonda layiq olduğu həyata qovuşur. Bu əsəri oxuyarkən hiss edirsən ki, sən sadəcə bir obrazın həyatını yox, ən təsirli və ən mükəmməl insan talelərindən birini oxumusan. Əsər gerçək sevgini göstərir və gerçək xoşbəxtliyin nə olduğunu öyrədir. Bu duyğuları sözlərlə anlatmaq mümkün deyil. Onu anlamaq üçün mütləq oxumaq lazımdır.
1000Kitap
Ceyn EyrCharlotte Brontë · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 042,2bin okunma
·
1 +1'leme
·
575 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Bu qədər gözəl bir kitabın ancaq belə də mükəmməl incələməsi sadəcə təqdirə layiqdir. 👏🏻✨️
Münasib Niftalıyev
Gönderi Sahibi
Çox sağ olun, təşəkkür edirəm☺️