Roza Vahabova

Roza Vahabova
Sabitlenmiş gönderi
"İnsanlar arasında yaşamayı, hayvanlar arasında yaşamaktan daha tehlikeli buldum."
Friedrich Nietzsche
Friedrich Nietzsche
Böyle Söyledi Zerdüşt
Böyle Söyledi Zerdüşt
Düşünce
Mənəvi dəyərlər və onun cəmiyyətdə rolu.
8/10
·224 syf.·
2026 37. kitabı
İlyas Əfəndiyevin
Söyüdlü Arx
Söyüdlü Arx
romanı fikrimcə, Azərbaycan ədəbiyyatında lirik-psixoloji üslubun ən gözəl nümunəsidir. Düzdür, mən bu əsəri ilk dəfə orta məktəb vaxtlarında oxumuş və hələ o zamanlarımda oxuduğum bu kitabın indi mənə hissetdirdiyi duyğuların təmamilə fərqli gəlməyə başladığını gördüm. Məsələn, Nuriyyəni indi daha fərqli baxış pəncərəsindən baxaraq anlamağa başladım sanki. Əsər, Nuriyyənin daxili hisslərini və başına gələn əhvalatı nəql etməsi ilə başlayır. Romanda əsasən, kənd həyatının real mənzərəsi, zəhmətkeş insanların saf duyğularını və cəmiyyətdəki rolu ön plana çəkilir. Amma əsas motiv; Düşüncəmə görə, məhəbbət, sədaqət kimi saf duyğuların tərənnümü və həyatın mənası idi. Dil baxımından sadə, üsubu isə zəngin və lirik üslubun xüsusiyyətlərini özündə daşıyan möhtəşəm bir əsərdir. Ümumiyyətlə, İlyas Əfəndiyevin qələmini çox sevərək mütaliə edirəm. Özünəməxsus qələmi sayəsində bir çox mənəvi və eləcə də, sosial - fəlsəfi düşüncələrin zənginləşməsində əvəzsiz rolu vardır.
Düşünce
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,300 okunma
Həyat müvəqqəti, sənət isə daimidir.
Sayfa 183 - Qanun Nəşriyyatı
Alıntı
Kefli İsgəndərin bir sözü heç yadımdan çıxmır: "Hamı mənə deyir oxu, alim ol. Amma bir kəs demir ki, oxu, adam ol!"
Sayfa 164 - Qanun Nəşriyyatı
Alıntı
– Görəsən, necə olub ki, o ağac bu düzün ortasında bitib? – Kim bilir, dünyada o qədər qəribə işlər olur ki. "Doğrudur, əzizim, dünyada çox qəribə işlər olur."
Sayfa 140 - Qanun Nəşriyyatı
Alıntı