Artıq Rövşən Abdullaoğlunun oxuduğum üçüncü möhtəşəm kitabıdır.Bir insanın necə addım-addım öz uçurumuna sürükləndiyini, vicdanın səssiz qışqırıqlarını və ədalətlə intiqam arasındakı o incə xətti bu qədər ustadlıqla təsvir etmək hər yazıçının işi deyil. Bu kitab bizə xatırladır ki, dünyanın ən böyük labirinti insanın öz daxili dünyasıdır, orada həm ilahi bir işıq, həm də məhvədici bir qaranlıq gizlənir... Əsas məsələ o labirintdən hansı tərəfimizin qalib çıxmasıdır.. Çünki hər birimiz öz cənnətimizi və cəhənnəmimizi elə öz daxilimizdə daşıyırıq...Kitab sadə bir "qatil kimdir?" axtarışından ibarət deyil. Müəllif burada detektiv süjetini dərin fəlsəfi və psixoloji təhlillərə birləşdirilib. Oxuyarkən personajların hərəkətlərini arxasındakı travmaları və motivləri gördükcə, cinayət faktına deyil, insanın "niyə belə etdiyinə" fokuslanırsan. Bu da kitabı sadə detektivlərdən fərqləndirib "intellektual detektiv" səviyyəsinə qaldırır.Bir sözlə oxuyarkən həm mariflənib, həmdə zövq almaq isdeyirsizse bu yazıçını ele sizdə mənim qədər seveceksiz..