Mən Sən Dəniz
Mən Sən Dəniz
yenə olaq üçümüz
əllərimi gizlədim
saçının dalğasında
Baxaq göz işlədikcə
suların səhrasına
səssiz-səmirsiz.
Hardasa üfüqlərə dirənəcək mavi dəniz.
Baxım gözlərinə
Bir şəlalə gülüşünlə uğunum.
Bilirsən ki,vurğunam dənizdən dərin,
üfüqdən geniş gözlərinin
sonsuzluğuna...
Mən sən dəniz
Yenə olaq üçümüz:
Sən mən sevgimiz...
N. Kəsəmənli..