"Yalnız bir günah vardır, tək bir günah. O da oğurluqdur. Digər bütün günahlar oğurluğun müxtəlif formalarıdır. Bir insanı öldürəndə, sən bir həyatı oğurlayırsan. Arvadının ər haqqını, uşaqlarının ata haqqını oğurlayırsan. Yalan danışanda, birinin həqiqəti bilmək haqqını oğurlayırsan. Aldadanda, sən ədaləti oğurlayırsan. Özünə məxsus olmayanı götürəndə, bu istər bir can olsun, istərsə də bir parça çörək... sən oğurluq etmiş olursan."..
Həyatda ən ağır yük çiyində daşınan deyil, vicdanda daşınan yükdür. Əmirin illər boyu qaçdığı o səhnə, Həsənin isə sonsuz sədaqətlə dediyi 'Sənin üçün min yol!' cümləsi əslində insanlığın iki fərqli üzüdür. Biri qorxu və xəyanət, digəri isə fədakarlıq və sevgi.Amma ən vacib mesaj sondadır: 'Yenidən yaxşı biri olmaq üçün həmişə bir yol vardır.' Nə qədər uzağa qaçsaq da, nə qədər böyük səhvlər etsək də, göydə hələ də tutulmağı gözləyən bir çərpələng, qazanılmağı gözləyən bir bağışlanma var...