Dönüşüm Bir səhər yuxudan oyanırsan; çox yorğun, bitkin bir şəkildə. Zəngli saatının vurmasını eşitmədiyini, işə gecikdiyini görürsən. Yerindən qalxmağa çalışırsan, amma bir şeylərin düz getmədiyinin fərqinə varırsan. Əl-ayağın nazik tüklərə, bədənin isə qara, böyük bir cismə çevrilib. Bəli, insan kimi yatıb, bir böcək kimi ayılmısan. Və düşündüyün tək şey iş üçün çıxacağın səfərə gecikməyin, müdürünə və maddi sıxıntılar içində olan ailənə bu barədə nə açıqlama verəcəyindir. Ağlından keçənlər isə "İndi yerimdən qalxsam, saat neçədə qatara çata bilərəm ?" düşüncəsidir. Yəni, bu vəziyyətdə belə öz sağlamlığının deyil, ətrafına verəcəyin açıqlamanın fikrini çəkirsən. Bunlardan xəbər tutan ailən əvvəlcə mat qalır, daha sonra isə hamı evdən əskilən gəlirin dərdinə düşür. Atan səni gördüyü #k:f203360 yerdə vurmağa, əzməyə çalışır. Anan sənin üçün pis olsa da, öz sağlamlığı onu məhdudlaşdırır. Bu vəziyyətdə sənin qayğına bacın qalır. Bir müddət bu vəziyyətdə yaşamağa davam etsən də, günü-gündən məhvə doğru gedirsən. Hər gün daha da pisləşirsən və işin ən pis yanı da odur ki, artıq bacın da sənin qayğına qalmaqdan bezmişdir. Halbuki, sən onu valideynlərinin bütün etirazlarına baxmayaraq, sırf gələcəyi daha gözəl olsun deyə konservatoriyaya belə göndərəcəkdin. Bir vaxtlar onlara görə çalışdığın, heç sevmədiyin, sənə hər zaman yuxarıdan aşağı baxan müdürünə belə dözdüyün ailənin heç bir üzvü sənin yanında deyil. Bu səni mənəvi cəhətdən çox yorur, böcəyə çevrilmiş olmağın belə sənin hisslərini öldürə bilmir. Və sonda, xaraba kimi bir otaqda; kirin, tozun və səni üzüb məhvə aparan düşüncələrin içində boğulub sonsuzluğa qovuşursan. Ailən isə səndən əsirgədiyi Dönüşüm qayğının peşmanlığını belə çəkmir, heçnə olmamış kimi yaşamına davam edir. İtib gedən isə, yaşayacağın, daha yaşamalı olduğun günlərlə bərabər, onlara sərf etdiyin bütün zamanın olur... Franz Kafka
Bu kitabdan çıxardığım ən böyük dərs; qiymətini bilməyən heç bir insan üçün, hətta bu insan ailəndən belə olsa, özünü onun üçün fəda etmə. Ön planda özün ol. Həyata bir dəfə gəlinir, layiq olmayan insanlardan ötürü ömrünü israf etmə.