Qara buludlar altında
Puan vermedi·576 syf.··
Beğendi
·
2026 3. kitabı
·
8 günde okudu
·
Okunma: 12 Ocak 2026 18:15
Vətən şirin şeydir, şirindir talan olsa da. Şirindir tək-tük şeiri, mahnısı yalan olsa da! Amma ikiqat şirindir iki yerə bölünmüş Vətən! Onda ikiqat cəsarətdən, vaxtında silaha dönə biləcək qeyrətdən asılıdır onun taleyi! Vaqif Səmədoğlu Dəyərli müəllimim Vaqif Sultanlı və İrəc İsmayılın tərtib etdiyi antologiya şəklində oxuduğum bu kitab Cənubi Azərbaycan yazılı nəsrinin başlanğıcından bu günə qədər olan seçmə nümunələrindən ibarətdir. İçində farscadan tərcümələr olsa da, əsasən orijinal mətnlər yer almışdır. Onlarla müəllifdən onlarla əsərin toplandığı kitabda mövzular da müxtəlif səpkidədir. Vətən, ayrılıq, dil problemi, ailə-məişət mövzusuyla bərabər qadın azadlığı, ümumiyyətlə, azadlığın çoxçalarlılığı müşahidə olunur. Əsərlərdən əlavə, müəlliflər haqqında verilmiş qısa həyat hekayələri də özü-özlüyündə kitabın bir başqa təsirli hissəsidir. Hərəsində bir cür nisgil, mühacirət, həbs, edam, intihar… Oxucusunun da boynunu bükdürür. Mənə adları tanış olan müəlliflərdən savayı yeni qələm sahibləri ilə də tanış olmaq şansım oldu. Sevərək oxuduğum Mirzə Əbdürrəhim Talıbovun ”Kitab yüklü eşşək”, Səməd Behrənginin "Balaca Qara balıq", Pənahi Makulu kimi klassiklərlə bərabər Gəncəli Səbahinin "Gül dəstəsi", Zöhrə Vəfayinin məktub şəklində qələmə alınmış "Qızım, məni bağışla" və cavab şəklində yazılmış "Məktuba cavab" yazıları, Rza Bərahenidən “Mamaça”, Rüqiyyə Kəbiridən "Ürəyim ağrıyır" hekayəsi və s. kimi nəsr nümunələrilə tanış olmaq xoş oldu. Bu yazılar Bütöv Azərbaycan nəsrinin nümunələridir.
Güney Azərbaycan NəsriKolektif · Bakı, Nurlar Nəşriyyatı · 20171 okunma
·
96 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Möhtəşəm. Qələminə, ürəyinə sağlıq. Cənubi Azərbaycan ədəbiyyatı nisgil dolu ədəbiyyatımızdır. İstər Fars dilli yazarlar olsun, istər ana dilində yazanlar- oxuyub mənimsənilməlidir. Bu möhtəşəm kitabla bizi tanışdırdığın üçün sənə ayrıca təşəkkür edirəm. Kitabsız günümüz olmasın✨📚
Asmar Farzaliyeva
Gönderi Sahibi
Təşəkkür edirəm, Aida 🌸