Elçinin "Baş"ı
9/10
·368 syf.··
Beğendi
·
2026 1. kitabı
·
111 günde okudu
·
Okunma: 13 Ocak 2026 19:12
Bu baş o başlardan deyil. Ana dilində səni düşünməyə vadar edən,hisslərinə təsir edən,dadı damağında qalan əsərlər oxumaq lüksdur. Əsər tarixi mövzudadır.Elçin romanın ön sözündə yazır ki,əsərin qəhrəmanlarının bir qisminin tarixi şəxsiyyətlər olmasına baxmayaraq,orada tarixi dəqiqlik axtarmaq da əbəsdir,çünki onlar müəllifin qəhrəmanlarıdır.Əsərdəki bəzi hadisələr və obrazlar tarixə uyğundur,bəziləri isə müəllifin təxəyyülünün məhsuludur.Hər bir obrazın hissləri,düşüncələri bədii ifadələrlə təsvir edilmişdir. Baş həm siyasi,həm də fəlsəfi əsərdir. Böyük dövlətlərin siyasi oyunları XIX əsrdə də var idi, bu dövrdə də davam edir. Başlar dəyişir, sistem isə eyni qalır. Əsas hadisələr I Rus-Qacar müharibəsinin gedişində - 1806-ci ilin fevralında baş verir, ancaq yazıçı bəzən bizi keçmişə də qaytarır. Elçin digər əsərlərində olduğu kimi bu romanında da dolğun obrazlar yaratmışdır. Əsərdə baş qəhrəman gürcü əslli rus generalı Pavel Sisianovdur (Sisiaşvili). Qafqazdakı rus qoşunlarının baş komandanı üçün əsas məsələ Rusiyanın maraqlarıdır.Sədaqətlə derjavaya xidmət edir.Ağıllı,cəsur sərdardır. Qafqazın Rusiyaya birləşdirilməsi üçün ürəklə çalışır. Gürcü knyazlarının nəslindən olsa da bəzi ruslardan daha çox rusdur (II Yekaterina kimi). Tarix Sisianovu general kimi görür,ədəbiyyat isə insan kimi. Sisianovun başı ilə birlikdə Bakıdan Tehrana "səyahət"ə çıxırıq. Eyni zamanda obrazların daxili dünyalarına da səyahət edirik. Abbas Mirzə Qacarlar dövlətinin vəliəhdidir, Azərbaycan uğrunda Ruslarla müharibədə Qacar ordusunun baş komandanıdır.Hünərli,cəsur,soyuqqanlı sərkərdədir. Diqqət çəkən qəhrəmanlardan biri də Mahmud bəydir.Ruslara təslim olmağın əleyhinədir,türk dövlətlərinin birləşməsinin tərəfdarıdır. Qeyri-tarixi qəhrəmanlardan biri Sarı Çoban qızıdır.Əsərin sonunda aqibəti ürək ağrıdır. Sisianov tərəfindən təhqir edilən Suxaryov Rusiyaya sədaqətlidir,milliyyətçidir.Rusiyanı damarlarında rus qanı axan əsl rusların idarə etməsinin tərəfdarıdır. Ağabəyim ağa İbrahimxəlil xanın qızı, Fətəli şah Qacarın baş hərəmidir. Siyasi məqsədlərlə Tehrana gəlin gəlir. Sisianovun başı ilə təkbətək qaldığı səhnə təsirlidir. Digər tarixi və qeyri-tarixi qəhrəmanlar əsərə rəng qatır. Dərinlik axtaranlar üçün gözəl tapıntıdır. Başınızdan muğayat olun! Ruhun şad olsun,Elçin.
BaşElçin · Qanun Nəşriyyatı · 201569 okunma
··
116 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Elçin hər romanında fərqli zamanın Azərbaycanının salnaməsini ədəbi ecazkarlıqla təsvir edir. Sırf buna görə bütün romanları oxunmalıdır. Yaxşı ki, Elçinimiz varmış və var💯
Ələkbərova Ağabəyim
Gönderi Sahibi
Bəli✨ yaradıcılığı zəngindir buna görə ona üzbəüz təşəkkür etmək istərdim. Elçin yaradıcılığı üçün "ürəyim gedir".
Möhtəşəm ✨ Qələminə, ürəyinə sağlıq. Kitaba marağım daha çox artdı. Mütləq oxuyacağam📚
Ələkbərova Ağabəyim
Gönderi Sahibi
Təşəkkürlər 🌹
Nə gözəl yazı🤌