Michel Foucault (1926–1984)Fransız filosofu və sosial nəzəriyyəçisidir.O, güc,bilik və cəmiyyət arasındakı əlaqələri araşdırmış,fərdiyyət, azadlıq və sosial sistemlərin görünməz mexanizmlərini tənqid etmişdir.
Foucault’nun Özgürlük ve Bilgi əsəri fərdiyyət,azadlıq və cəmiyyətin içindəki güc münasibətlərini dərinləşdirilmiş bir perspektivlə araşdırır.Göstərir ki,həyatımızın mahiyyəti təkcə şəxsi seçimlərimizdə deyil,həm də içində yaşadığımız cəmiyyətin iqtisadi və siyasi strukturlarında,gündəlik davranışlarımızı məhdudlaşdıran və yönləndirən sistemlərdə yerləşir.
Foucault fərdi azadlıq anlayışını sorğulayır: bəzən“özünü realizə etmək” kimi görünən davranışlar əslində incə,görünməz bir qəfəsin-sistemin tələlərinin içindəki məhdudiyyətlərdən başqa bir şey deyil.O,oxucunu düşündürür:azadlıq kim olduğumuzu tapmaq deyil,həm də kim olmadığımızı bilmək və yaşaya bilməkdir.
Digər sevdiyim nüans isə bəzən fərqində belə olmadan özümüzü "etiketləyə" bilirik,ya da başqalarının bizi etiketləməsinə göz yumuruq və ya əhəmiyyət vermirik.(ən kiçik misal:sırf "kontent"məqsədilə 1dəqiqə içində əsassızca psixoloji diaqnoz(!)qoyan və bu yöndə təhsili belə olmayan yüzlərcə insanın informasiya kirliliyinə məruz qala bilirik). Bu zaman ola biləcək, reallaşması mümkün digər versiyalarımızdan imtina edərək,özümüzü bir növ sabotaj etmiş oluruq.
Foucault azadlıq,bilgi və güc anlayışlarını bir-birindən ayırmadan, gündəlik həyatın görünməz sistemlərini açıq şəkildə ortaya qoyaraq düşünməyə,sorğulamağa sövq edir.
#tövsiyə
#kitablaqalın