Gönderi

8/10
·160 syf.··
2026 13. kitabı
"Deyirəm"... Ancaq nəyi? Hər "de" bir əlavədir, bir qaçışdır. "Mən də" deyəndə, özümü harasa aid edirəm, özümü gizlədirəm bir kütlənin içinə. "O da" deyəndə, onu uzaqlaşdırıram. Bu kiçik "de", nə böyük məsafələr qoyur araya. Və "ki"... Səbəb kimi, şərt kimi gəlir. "Elədir ki" deyib dayanıram. Sanki hər şeyi izah etdim. Amma "ki" yalnız bir körpüdür, altından anlamsız bir axın keçir. Həqiqəti deyil, öz düşüncəmin qurğusunu göstərirəm. Budur. Ən aldadıcı söz. Əlinlə göstərirəm: "budur, bu!" Amma göstərdiyim o deyil. Göstərməyin özüdür. Dilin özü bir işarədir, özüdə deyil, başqa bir şeyə işarədir. Və biz daim bu işarələr dünyasında yaşayırıq. Sözlərlə düşünürəm. Amma düşündüyüm şey sözlərdən əvvəl gəlir, onlardan dərin olur. Onu dilin içinə salmağa çalışıram, o isə əyilir, dəyişir, ya parçalanır. Hər cümlə bir xəyanətdir düşüncəyə qarşı. Buna görə də susmaq daha düzgün ola bilər. Ancaq susmaq da bir cavabdır. Və susmaq da deyilir: "de ki, sus". İçimdəki səs danışır. Demək, tam susqunluq yoxdur. Yalnız danışıqla susmaq arasında bir titrəyiş var. Həyat da elədir – deyilənlərlə deyilə bilməyənlər arasındakı o nazik, gərgin xətt. Bəlkə də məqsəd "doğru"nu demək deyil. Məqsəd, o "de"nin, o "ki"nin, o "işte"nin arxasında nəyin dayandığını hiss etməkdir. Sözün çatışmazlığını qəbul edib, onunla yaşamağı öyrənmək. Çünki onsuz da, onsuz da... yox. Deyirəm. Yenə də deyirəm. Çünki bu, varlığımın sübutudur. Səsimi eşidirəm: "de... ki... işte.." Və bu, kifayətdir. Bu, hər şeydir. Bu, heç nədir.
Felsefe
De ki İşteOruç Aruoba · Metis Yayınları · 20186,8bin okunma
·
62 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
👏🏻👏🏻
GGündüz
Gönderi Sahibi
Təşəkkür edirəm.