Mənimlə danışan kitab - KVAN
10/10
·241 syf.··
Beğendi
·
2026 1. kitabı
·
75 günde okudu
·
Okunma: 30 Ocak 2026 19:02
Çox qürurluyam, bir azərbaycanlı olaraq.. KVAN – mənim kənardan gələn səsləri, səssizə almağıma kömək edən kitab.. Bu gün, öz daxili səsimi eşitməyim üçün, məni qaranlıq quyulardan çıxardan kitabdan bəhs etmək istəyirəm. Əllərim əsərək bu sətirləri yazıram, qorxuram birdən kitabın məndə buraxdığı bu möhtəşəm hissi sizə ötürə bilmərəm deyə. Amma nə edirdik? Qorxularımıza yaxınlaşırdıq.. Əsər - mənə əslimi xatırlatdı, kim olduğumu, missiyamın nə olduğunu göstərdi. O qədər bilmədən başqalarının səsi ilə öz daxili səsim qarışıb ki, yolumu itirmişəm.. bilmədən, eşitmədən və görmədən. Bilməmişəm, məsələn öz səsimin yadların səsi olduğunu. Bilməmişəm, xəyallarımın tamam başqa olduğunu, mən doğurdan nə istədiyimi bilməmişəm.. Bilirsiniz, dostlar, KVAN-ı oxuyanda mən ilk dəfə xəyallarımı yazdım. Xəyallarımı yazana qədər kimsə soruşsa idi, xəyallarını bilirsən? Özümdən əmin şəkildə, bəli!! deyərdim. Kitabda Coşqun müəllim, “Hansı xəyalların var?” sualını verəndə, birinci yazmaqdan imtina etdim, axı bilirəm xəyallarımı onsuz dedim. Sonra qələmi aldım əlimə, başlığı yazdım. Və dayandım.. dəqiqələrcə dayandım, susdum. Bəlkə 1 saat keçdi, bilmirəm.. Mən xəyallarımı yaza bilmirdim, çünki doğurdan nə istədiyimi bilmirdim, içimdəki səsləri ayırd etməyə çalışdığım anlardan sonra əlimdə uzun bir list vardı və listə baxanda təəccüb içərisində idim, bunlar imiş, Fatimə? sualını verdim özümə, heç özümün xəbəri olmadan içimdəki arzuları ilk dəfə idi ki, görürdüm.. Hə, mən arzularımla tanış olmuşdum. Mənə xəyallarımı hədiyyə etdiyiniz üçün təşəkkür edirəm, Coşqun müəllim.. Coşqun Kərimov Kitabın dili çox anlaşıqlı, sadə və axıcıdır, hətta çoxu tanışım bir neçə günə bitirib. İnsanı maraqda buraxır, yazıçı öz həyatından nümunələr gətirdikcə, sizi maraqda qalırsınız ki, sonu hara gedir?) ““Kaş ki” deyənlərdən olmayın. “Elədim və gördüm” deyənlərdən olun” Bu kitabın janrı şəxsi inkişaf gedir, amma bu sizin düşündüyünüz və ya gördüyünüz şəxsi inkişaf kitablarından deyil. Doğurdan daxili motivasiyanızı hərəkətə salan və bunu öz həyatından, məşhurların həyatından nümunələr çəkməklə faktlara söykənən kitabdır. Hətta bu kitab bizimlə danışır, bizim mentorumuz olur, yeri gələndə sizi dinləyir, sorğulayır, düşündürür. Yazıçının məncə bu kitabı yazmaqda əsas məqsədi – həyatlara toxunmaq, insanları hərəkətə gətirməkdir. O qədər altından xətt çəkdiyim cümlə olub ki, günlərcə ağlımdan çıxmayıb. Sadəcə düşünmüşəm.. “Bəzən düşünməmək həyatımızın ən gözəl anlarını bəxş edirmiş” Son sözlərimi, yazıçı Coşqun bəyə, təşəkkürlə bitirmək istəyirəm. Məqsədinizə və inandığınıza çatdınız - siz mənim həyatıma toxundunuz, məni hərəkətə gətirdiniz. Məni düşünməyə, axtarmağa, yaşamağa, sevməyə və cəsur olmağa təşviq etdiniz. Sizə minnətdaram.. çoxx minnətdaram. Coşqun Kərimov “Sevən insanlar daha cəsur olurlar”
KvanCoşqun Kərimov · Mayak Yayınları · 2016189 okunma
·
36 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Sadəcə möhtəşəm. Bu qədər qatqısı olması həyəcanverici və maraq doğurandır. Nə xoş ki, oxumusan..Və əllərin titrəməkdə haqlı imiş..) Amma bacardın. Ötürdün izləyiciyə həyəcanı. Təşəkkürlər.
Mammadova Fatima
Gönderi Sahibi
Xoş rəy üçün təşəkkür edirəm☘️