·464 syf.····Okunma: 30 Aralık 2025 00:00 Kitabı çoxdandır oxumağı planlasam da oxuyub bitirmək indi qismət oldu. Düzünə qalsa, kitabın ilk 200 səhifəsi mənə əsas süjet xəttindən uzaq gəldi. Təsvirlərin həddindən artıq çox olması kitabın dilini ağırlaşırıb sanki. Elə kitabın adından da bəlli olduğu əsərin əsas ideyası bədii təzadlar təşkil edir: Fransa İnqilabı dövründə İngiltərə və Fransadakı həyatlar, ədalət və zülüm, sevgi və nifrətin ziddiyyəti elə açıq şəkildə təsvir olunub ki, o tarixi dönəmdən anlayışı olmayan hər kəsdə müəyyən qədər anlayış yaranır və həmin dövrə səyahət edir. Əsərdə təbəqələşmə özünü çox bariz şəkildə oxucuya çatdırır. Aristokratların kasıblara yaşatdığı o qədər əziyyət və işgəncədən sonra gilyotin sanki minlərlə acınacaqlı insanın intiqamını alır. Bu əsərdən elə nəticə çıxarmaq olar ki, bəzən zülümdən, çarəsizlikdən yaranan nifrət insanların gözünü o qədər bağlayır ki, artıq insan gözünə günahkar və ya məsum fərq etmədən hər kəsi ölümə göndərir, hətta bir nöqtədə bundan zövq alır. Müəllif digər tərəfdən də canavarlaşmış bu cəmiyyət içində sevginin hələ də bir ümid insanları dirçəltməsinə inam bəsləyir və əsərin sonunda bunu bir daha oxuculara dərindən yaşada-yaşada sübut edir. Əsərin eyniadlı filminə də baxmağı düşünürəm.