Waris sadəcə dünyada əzab çəkmiş qadınlardan biridir. Zəif kişi eqosunun qurbanları həmişə qadınlar, uşaqlar heyvanlar və.s olacaq.
Bir qadının sırf "təmiz" olduğunu sübut etmək məcburiyyətində olması, və bunun sadəcə qadına tətbiq olunması dünyanın iyrənc tərəfini qısaca göstərir.
Bir də dünyaya qadın olaraq gəlmək istərəmmi? Bilmirəm.
Dilərdim ki, dünya yeni Warislər doğmasın. Bu səhranın sarı naxışları, boyunları üzülmədən yaşasın!