İnsan ömrü boyu, görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla, yeniyetməliklə, gəncliklə, sağlamlıqla və daha nələrlə vidalaşmalı olursan. Bunların içində, məncə, ən ağırı sevdiyin insanlarla vidalaşmaqdır. Fiziki baxımdan qopa bilərsən, amma qəlbin onlarla heç vaxt vidalaşmır.