Fidan Muxtarova

Fidan Muxtarova
@laviniafrida_
Kelebek.
Filologiya- ingilis dili və ədəbiyyatı
13 okur puanı
Kasım 2020 tarihinde katıldı
İnsan ömrü boyu, görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla, yeniyetməliklə, gəncliklə, sağlamlıqla və daha nələrlə vidalaşmalı olursan. Bunların içində, məncə, ən ağırı sevdiyin insanlarla vidalaşmaqdır. Fiziki baxımdan qopa bilərsən, amma qəlbin onlarla heç vaxt vidalaşmır.
Sayfa 291·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Qapıdan içəri girib evin səssizliyinə qərq olana qədər o şikəst ümid özünü məndən qabaq axsaya-axsaya həyətə atmışdı. Həyəti, otaqları bir-birinə vurub, orada nə Cavadı, nə də keçmiş həyatımızı tapmışdı, bəlkə də, hansısa hörümçək torundan özünü asmışdı.
Sayfa 269·Kitabı okudu
Kağızlara, yazılara baxır, onların nə vaxtsa ağac olduğunu, altında kimlərin dincəldiyini təsəvvür etmək istəyirdi. Görəsən, bu ağacların günahı nə idi ki, bağırlarına bu qədər lazımsız sözlər həkk olunmuşdu?
Sayfa 238·Kitabı okudu
Həm də səni kim inandırıb ki, lazımsızsan? Saralmış yarpağın belə budağından qopub, su üzərində neçə qarışqaya gəmi olduğunu görmüşəm. Bütün bu proseslərin bizi lazımsızlığımıza inandırmaqdan ötrü edildiyini görmürsünüz? İllərdir bizi yararlı olduğumuzu sübut etməyə məcbur edirlər
Sayfa 200·Kitabı okudu
Hər dövrün öz adamı olur. Biz elə bilirik ki, o adamlarla yaşayırıq. Elə zənn edirik ki, həyatımız onlarsız mümkün deyil, həyatımızı gözümüzdə mataha mindirən onlardır. Yox, əslində, elə olmadığını Allah sənə başa salır, kitabın səhifəsini çevirir. Artıq o səhifədə yeni adamlar, başqa maraqlar olur.
Sayfa 199·Kitabı okudu