·440 syf.····Okunma: 06 Şubat 2026 21:26 Seymur bəydən oxuduğum ilk kitab oldu. Kitabın dili ümumiyyətlə sadə, olduqca axıcıdır. Abzaslar bir-birinin ardınca yağ kimi gəlir keçir, bir də görürsən ki, kitab yarı olub. Oxuduqca yazıçının dünyagörüşünə yazma istedadına heyran olmamaq mümkün deyil. Onun yazarkən heç əziyyət çəkmədiyini, sanki kafedə səninlə üzbəüz oturub söhbət etdiyini düşünürsən. Bu isə onun təcrübəsini göstərir. Kitab boyu adını çəkdiyi əsərlər də onun dünyagörüşünü sübut edir.
Kitab yazıçının avtobioqrafiyası hesab edilir. Amma düşünürəm ki, bəzən yazıçı təxəyyülü də işə qarışıb. Quqark erməni düşərgəsinin adıdır. Yazıçı burada seminarda çıxış etmək üçün iştirak edir. Kitabın adı Quqark olsa da əsas hissələr yazıçının keçmiş xatirələrindən ibarətdir. Müharibə, xaos, insanların düşüncələri bütün çılpaqlığı ilə göstərilib.
Qeyd: Əsərdə ən çox yazıçının anasının evdə gördüys hər şeyi satması diqqətimi çəkdi. Ana hətta oğlunun hansısa yazısına görə qazandığı mükafatı da 20 manata satmışdı.