Salamlar hamıya.
İkinci dəfə oxuduğum "Quqark" kitabı avtobioqrafik romandır. Seymur həyatını iki hissəyə bölür: Quqarka qədər, Quqarkdan sonra. Quqarkın həyatında oynadığı rolu oxucuların yaxşı anlaması üçün Quqarka getməmişdən əvvəl hansı ovqatda olduğunu, necə yaşadığını yazır. Quqark Ermənistanın eyni adlı ərazisində yerləşən yay, pioner düşərgəsidir. Müharibənin nə qədər iyrənc olduğu, müharibənin dəhşətləri barəsində gəncləri, yeniyetmələri başa salması üçün Quqark yay düşərgəsinə dəvət edilmişdir.
Seymura xalqların dostluğu, müharibənin dəhşətləri mövzusunda keçirilən tədbirlər, seminarlar, konfranslar mənasız gəlir. Bu cür tədbirlərdə qonorar və yemək içmək xatirinə iştirak edir. Yemək içmək məclisindən kitab boyunca xeyli danışır. Quqarkın bu vaxta qədərki iştirak etdiyi heç nə ilə nəticələnməyən faydasız tədbirlər, seminarlar, konfranslardan fərqi Quqarkda Anuş adlı erməni qızla tanış olmasıdır. Anuş yaxşı ermənidir. Müsbət əxlaqi, vicdani keyfiyyətlərə malik qızdır. Bəlkə məndə Seymurun yerində olsam Anuşdan xoşlanardım.
Seymurla Anuş Quqarkdan sonra elelektron poçt vasitəsilə bir-birləri əlaqə yaradırlar. Anuş Seymurdan fərqli olaraq məhəbbət naminə fədakarlıq etməyə hazırdır. Anuş məktubun bir yerində Seymuru keçmişə çox aludə olmasına görə qınayır. Seymur da keçmişin onun üzərindəki gücünü inkar etmir. Seymur Quqarkda ikən meşəyə çəkilərək hər şeyi xatırlayır. İnsanlar, əşyalar, səslər və məkanlara dair xatirələr seli bir oxucu olaraq məni ağuşuna aldı. Otuz yaşına kimi çox şey görmüş yazıçı koloritli mətn təqdim edir. Yazıçı azadlıq meydanına toplaşan reallıq hissini itirmiş insanlardan, ermənilərin rayonlarından çıxarılmasından, post müharibə dövründən, sonrasında baş verən güclü atışmalardan, rayonlarına mərmi düşməsindən, qulağından qaldığını