Gönderi

XXI əsrin beşliyi
Puan vermedi·768 syf.··
Beğendi
·
2026 16. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Şubat 2026 12:10
"Nəfəs" - bu beş kitabın cəmi, ədəbiyatımıza yad olmayan "Xəmsə" xüsusiyyətini XII əsrdə Nizami Gəncəvi gətirmişdisə, XXI əsrdə də bir növ Ramiz Rövşənlə də davam etməsi onu göstərir ki, ədəbiyyat bir xalqın kökündən gəlirsə, arada keçən boşluqlar ədəbiyyatın nəfəsini dərdiyi, yorğunluğunu çıxdığı, ona yeni bir Nəfəs gətirəcəyi vaxtlardır... Bir sıra sahələrdə olduğu kimi ədəbiyyatımızda da ölümündən sonra dəyərlənənlər, yüz il sonra qiymət verilənlər, hətta onun dəyərinin bilinməsi üçün yaşadığı dövrdən bir əsr keçməlidi deyənlər o qədərdir ki.. Bu fikri də zamanla əkib-becərəcəklər düşüncəmizdə, amma yox, icazə verməyin. Cabir Novruz demiş, "yaxşılara yaxşı deyin sağlığında...", gecikməyin. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının nə yaxşı ki, bizimlə bir dövrdə yaşayan canlı ədəbi nümunəsi, nadir nümayəndəsidir. Min illərdir ayağı yerə bərkimiş sözlərə qanad verib göylərə qaldıran şair. Şair də deyirəm, amma nasirliyi də şairliyindən geri qalmayan şair. Şeir misralarını bir ucdan tutub, hekayəyə, povestə uzadan şair. “Kitablar kitabı”ndakı ilk üç kitabı müxtəlif vaxtlarda yazılmış şeirlər kitabıdır. Sözlərin qanad açıb bütün Yer üzünü dolaşdığı misralar. Şeirlər, nəğmələr, poemalar. Xüsusi sevdiklərimdən olan “Süd dişinin ağrısı” poemasının 1987-ci ildə lentə alınmış bədii filmi də var. Dördüncü kitab - “Hamı oğul böyütmüşdü” ümumi götürsək bir kəndin həyatından bəhs edən hekayələr"Daş" povesti. Oxuduqca elə bildim babam danışır, mən dinləyirəm; müharibə illəri, arxa cəbhə, aclıq vaxtı, evin, kəndin balaca kişiləri. Bu xatirələri onun dilindən o qədər dinləmişəm ki. Səhnənin arxa tərəfi, arxa cəbhədə baş verən ailə-məişət savaşları. Ölümün harda səni yaxalamasından asılı olaraq mənasını dəyişdiyi, ac əsgərin qoruduğu vətəndə yeyilən artıq bir tikənin adamın qarnını deşdiyi, əcəliylə ölməyin belə bir günah sayıldığı bir səhnə. Bir kəndin güzgü tutduğu müharibə illərində Azərbaycan kəndlisinin həyatı. Çox-çox ağır və açıq bir dillə yazılmış kitabdır. Qəribə bir şəkildə öz adamından utanırsan da, iyrənirsən də, yazığın da gəlir, qürur da duyursan. Bəlkə də bunun ümumi adıdır millətini sevmək. Nə eləsə də övladından imtina etməyən ana kimi sevmək. Bu kitabın dilini İsa Muğanna dilinə, müharibə dövrü əsərlərinin dilinə də bənzətdim. Beşinci kitab - “Ayın o biri üzü” mən deyərdim müəllifin, şairin o biri üzü. Belə demək mümkünsə, kitabda müəllif şairliyin yorğunluğunu çıxarıb. Poeziyayla başlayan esseləri ədəbiyyatımızın say-seçmələrilə - Füzuli, Hadi, Müşfiq kimi şəxsiyyətlərlə davam edib şairliklə bitirir. Bu yazılar ədəbi tənqid desəm deyil, təhlil desəm deyil, oxucu rəyi desəm, xülasə, çox qəşəng, səmimi yazılardır, oxuyun. Oxuyacaqlara, bədii zövq yaşayacaqlara indidən xoş oxumalar!
NəfəsRamiz Rövşən · Teas Press Nəşriyyatı · 2024198 okunma
·
270 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Elektron oxuduz yoxsa normal kitab? Əgər elektron varsa mail göndərsəm göndərə bilərsiz ora ? Bir şey də maraqlıdır görəsən o beş kitab ixtisarladır orda?
Asmar Farzaliyeva
Gönderi Sahibi
Kitabını oxudum, amma elektronunu da oxumuşam vaxtilə. Eynidi, məncə. disk.yandex.com.tr/i/lLvHiDycp8r2og buradan yükləyə bilərsiniz. 2006 Qanun nəşri
Yenə əla yazmısan, hər zamankı kimi❤️✨📚
Asmar Farzaliyeva
Gönderi Sahibi
Təşəkkür edirəm 🥰💞
Asmar Farzaliyeva
Gönderi Sahibi
💞